Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində növbəti səyyar qəbul keçirildi.

03 yanvar 2019 | 16:00

Yanvarın 3-ü , A. Məmmədov küçəsi 86,  163 saylı orta məktəbdə  Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib.
Sakinlər tərəfindən səsləndirilən rəy, təklif və problemlər dinlənilib, onlara  müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Səyyar qəbulda vətəndaşlar su,qaz, işiq təchizatının yaxşılaşdırılması və digər sosial problemlərlə bağlı icra başçısına müraciət ediblər.
Rayon icra başçısı Vuqar Zeynalov, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, yerlərdə mütəmadi səyyar qəbul və görüşlər keçirildiyini qeyd edib və belə görüşlərin, əhalini narahat edən problemlərin yerində öyrənib operativ həllində önəmli məqsəd daşıdığını bildirib .
Görüşdə rayon icra hakimiyyəti aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Sonda qəbulda iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbul və görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğuladılar.

 

Keçidlər