Şriftin ölçüsü :

Saytın rəngi :

2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir

10 yanvar 2019 | 16:00

Səbail rayonu 91 №-li orta məktəbdə  Bayıl-20-ci yaşayış sahəsini əhatə edən Səbail RİH başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir. Bu ərazidə yerləşən idarə və təşkilatların, təhsil, səhiyyə və digər müəssisələrin, təsərrüfat xidmətlərinin, yerli bələdiyyənin nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən toplantıda 2018-ci il ərzində bu ərazidə həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Mübariz Güləhmədov  bildirmişdir ki, 51.000 nəfər əhali yaşayan və 6510 nəfər məcburi köçkün məskunlaşmış ərazidə bir sıra  iri miqyaslı layihələr icra olunmuş, digərlərinin icrası davam edir. Belə ki, ötən il Yeni Salyan yolu küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün  ölkə başçısı Möhtərəm İlham Əliyev tərəfindən burada 3-cü binanın təməli qoyulmuşdur.Hazırda ərazidə  Səbail rayon Prokurorluğunun yeni inzibati binasının tikintisi davam edir.
Bayıl-20-ci yaşayış sahəsində tam yenidənqurmaya ehtiyacı olan,  şəhərimizin ümumi görünüşünə və gözəlliyinə xələl gətirən  yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı tikinti məsələləri ilə məşğul olan sahibkarlar tərəfindən 8 müasir layihə işlənib təsdiq olunmuşdur.
Hesabatda çixiş edən 149 saylı xüsusi təyinatlə MKİS-nin rəisi Səhhət Haciyev bildirmişdir ki, MKİS tərəfindən ərazinin təmizlik və təmir işlərinin yerinə yetirilməsi üçün bütün zəruri tədbirlər görülür və ərazi daima nəzarətdədir.
Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Vuqar Zeynalov 2018-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən  Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir. Bidirilmişdir ki, RİH tərəfindən rayonun  yaşayış məntəqələrində  məhəllələr   abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.

Keçidlər