Şriftin ölçüsü :

Saytın rəngi :

Fevral ayının 22-də Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbdə “Şəhidlik Zirvəsi” adlı tədbir keçirilmişdir.Tədbir şəhid Tofiq Məmmədovun 60 illik yubileyinə həsr edilmişdir.

22 fevral 2019 | 16:00

Tədbir Dövlət Himninin ifası ilə başlanmış, şəhidlərin xatirəsi bir anlıq sükutla yad edilmişdir.
Məktəbin direktoru Sədaqət Əzimova tədbirin mahiyyəti ilə bağlı qonaqları məlumatlandırmış və sözü   Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalova vermişdir.Vuqar Zeynalov Dövlət başçısı Prezident cənab İlham Əliyevin şəhid ailələrinə gösdərdiyi qayğıdan, ölkəmizin bütün sahələrində gedən quruculuq işlərindən geniş danışmışdır.Vuqar Zeynalov şəhid Tofiq Məmmədovun ailə üzvləri ilə yaxından tanış olmuş, ailənin problemləri ilə maraqlanmış , ailə üzvlərinə ən xoş arzularını bildirmişdir.
Məktəbin şagirdləri qonaqlara “Şəhidlərin qürur yerindir,  Azərbaycan!” , “Xocalı faciəsi” , “Şəhid Tofiq Məmmədovun həyat və döyüş yolu” , “ Ana və poçtalyon”, “Ağlama, Şəhid Anası!” mövzularında ədəbi - bədii kompozisiyalar nümayiş etdirmiş və “Xor”   dərnəyinin ifasında “And içirik” mahnısını səsləndirmişlər.Tədbirdə mövzularla əlaqədar videçarxlar və slaydlar nümayiş etdirilmişdir. 
Tədbirdə çıxış edən Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev,  BŞTİ-nin əməkdaşı Şirindil Əhmədov, Respublika Veteranlar Təşkilatının sədr müavini Kamil Şirinov, “Azad Azərbaycan” qəzetinin əməkdaşı Hacı Tofiq və şəhidin oğlu Tərlan Məmmədov tədbirə yüksək qiymət vermiş, belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulamış və məktəb rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Sonda Respublika Veteranlar Təşkilatının “Xatirə Medalı” kiçik Tofiq Məmmədova təqdim edilmişdir.

Keçidlər