Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində növbəti səyyar qəbul keçirildi.

10 yanvar 2019 | 16:00

Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov sakinlərlə növbəti səyyar qəbulunu Badamdar qəsəbəsində yerləşən 239 nömrəli orta məktəbdə keçirib.  Qəbulda Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri,  Badamdar qəsəbə nümayəndəliyin əməkdaşları,  rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Qəbulda sakinlər tərəfindən səsləndirilən rəy, təklif və problemlər dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, əlavə araşdırmalara ehtiyac duyulan digər məsələlər qeydiyyata alınaraq, rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər