Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə səyyar qəbul-görüş keçirib.

17 yanvar 2019 | 16:00

Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov sakinlərlə növbəti səyyar qəbulunu 2 nömrəli texniki humanitar liseyində keçirib.  Qəbulda Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 1 nömrəli SİƏD əməkdaşları,  rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə çıxış edən vətəndaşlar son illərdə Səbail rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən mühüm sosial əhəmiyyətli tədbirləri, genişmiqyaslı quruculuq-abadlıq işlərini yüksək qiymətləndirərək göstərilən davamlı diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Rayon İcra Hakimiyyətinin başçısı  Vuqar Zeynalov əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar səlahiyyətli şəxslərə konkret tapşırıqlar verilib, bəzilərinin həlli ilə bağlı isə müvafiq araşdırmalara ehtiyac duyulduğuna görə nəzarətə götürülərək, bu barədə vətəndaşlara ətraflı izahat verilib.

Keçidlər