Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.

28 fevral 2019 | 16:00

Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov sakinlərlə növbəti səyyar qəbulunu  20-ci sahə O. F. Neymanzadə küç. 3 ünvanında, 51 saylı orta məktəbdə keçirib.  Qəbulda Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbulların ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi keçirildiyini vurğulayan icra başçısı bildirib ki, belə görüşlərin keçirilməsində məqsəd  əhalinin problemlərinin yerində öyrənilməsi və qaldırılan məsələlərin operativ həll edilməsidir.
Görüşün sonunda sakinləri narahat edən problemlər dinlənildikdən sonra İcra başçısı qəsəbənin sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı sakinlər tərəfindən qaldırılan məsələlərin həllindən ötrü imkanların araşdırılması və lazımi tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

 

Keçidlər