Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 2018-ci ilin yekunları müzakirə olunmuşdur

07 mart 2019 | 16:00

Martın 7-də Səbail rayon İcra Hakimiyyətinin akt zalında rayonun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi.
İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Səbail RİH başçısı Vuqar Zeynalov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, milli məclisin deputatı Şəmsəddin Haciyev , rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai birliklərin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.Yığıncaq iştirakçılarına rayonda son bir ildə baş verən yenilikləri və  ümumi irəliləyişi əks etdirən videohesabat təqdim olunandan sonra Səbail RİH-in başçısı Vuqar Zeynalov 2018-ci  ildə sosial-iqtisadi inkişafın əsas göstəricilərini şərh etdi , ölkə başçısının paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri barədə məlumat verdi.

Daha sonra RİH başçısı ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat vermiş, il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır. Qeyd olunmuşdur ki, ötən il dünya ölkələrinin böyük   davam edən iqtisadi və maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatının  inkişafı  ötən  ildə də davam  etmiş  və bu inkişafın təməlində əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni tarixi şəraitə uyğun olaraq  müvəffəqiyyətlə davam və inkişaf etdirilən uzaqgörən iqtisadi siyasət və ölkə başçısının apardığı islahatlar dayanır.

Ölkəmizin regionlarında, paytaxtın qəsəbə və kəndlərində həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri Səbail rayonunun simasında da  aydın nəzərə çarpır. Rayon bu gün respublikanın ümumi inkişafına öz layiqli töhfəsini verir. Reallaşan irimiqyaslı layihələr Səbailin sosial-iqtisadi inkişafına müsbət təsir göstərməklə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsini təmin edir və bu işlər sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır.
Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olundu. Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Səbaillilərin quruculuq əzmi ifadə olundu.

 

 

Keçidlər