Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda məişət tullantılarının yığılması və daşınmasının təkmilləşdirilməsi üzrə müşavirə keçirilib.

28 mart 2019 | 16:00

 

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxışında ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçiriləcək məqsədyönlü tədbirlər nəticəsində insanların sağlamlığının təmin edilməsi üçün rayonda kommunal xidmətlərin yaxşılaşdırılmasına, xüsusən bərk məişət tullantılarının idarə edilməsi sistemində olan nöqsanların aradan qaldırılması, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi işinin yenidən qurulmasına dair öz tapşırıqlarını verib.

Müşavirədə çıxış edən Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Yusif Xəlilov qeyd edib ki, rayon üzrə ümumi sanitar-təmizlik vəziyyətinin qənaətbəxş səviyyədə olmasına baxmayaraq, rayon ərazisindəki bəzi yaşayış binalarının həyətlərində məişət tullantılarının daşınması ilə bağlı yaranan bir sıra çatışmazlıqlar mövcuddur.

Vuqar  Zeynalov müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar təmizlik aylığının keçiriləcəyini və Səbail rayonunun da bu təşəbbüsə qoşulduğunu müşavirə iştirakçılarının nəzərinə çatdırıb.

Keçidlər