Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda ənənəvi konfrans keçirildi

09 aprel 2019 | 16:00

Ənənəyə çevrilən bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu ondən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqələləri ilə çıxışlar edirlər. Bu elmi-praktiki konfranslardan biri də 132-134 saylı Təhsil Kompleksində keçirilmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanmışdır. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev və Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin Imanov çıxış edərək Ulu öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi,  məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan konfransın əhəmiyyətini vurğulamışdırlar. Bildirmişdir ki, Ulu öndərin Azərbaycan tarixində qoyduğu iz, onun tariximizin bir çox məqamlarının aşkar olunması, onların dərindən araşdırılaraq öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasındaki rolu əvəzolunmazdır.
Konfransın münsiflər heyyətinin sədri, 163 saylı məktəbin  tarix müəllimi Ramil Tanrıverdi qeyd etmişdir ki, 16 məktəbin hazırladığı 80 referatdan 5 ən yaxşı referat  hazırlayan şagirdlər müsabiqənin qalibi seçilmişdirlər.
Qalib şagirdlər öz monoloqları ilə çıxış edərək ölkəmizin qədim dövrdən müasir dövrə kimi olan tarixi ilə konfrans iştirakçılarını tanış etmişlər.
Sonda qalib şagirdlərə kitab hədiyyələri verilmiş və xatirə şəkili çəkdirilmişdir.

Keçidlər