Səbail Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə səyyar qəbulda
Qəbulda RİHBA-nın məsul işçiləri, Bibiheybət qəsəbə nümayəndəliyin əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən Bibiheybət qəsəbəsində sakinlərin istirahət etməsi məqsədi ilə Ulu öndər Heydər Əliyevin adına yeni parkın salınması, qəsəbə daxili yollarda asfalt örtüyünün, qaz və kanalizasiya xəttinin təmir olunması və bir sıra digər məsələlər ilə bağlı müraciət etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov səyyar görüşdə sakinlər tərəfindən qaldırılılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.
Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşməsi, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.