Səbail Rayon İcra Hakimiyyətində könullü gənclərlə görüş keçirilmişdir
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dövlət orqanlarının fəaliyyətində könüllülərin xidmətlərindən geniş istifadə edilməsi tapşırığına uyğun olaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən müasir düşüncəli gənc könüllülərdən geniş istifadə edilməsi, gələcəkdə onların daimi iş yerləri ilə təmin olunması, institusional bacarıqlarının artırılması, intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı geniş tədbirlər görülməkdədir.
15 aprel 2019-cu il tarixdə keçirilmiş görüşdə çıxış edən Səbail RİHB-nin müavini Eldar Ağayev gənclərlə görüşlərin mütəmadi olaraq keçiriləcəyini, müsahibələrin təşkil olunacağını, könüllü gənclərə məlumatlandırıcı təlimlərin keçiriləcəyini, onlarla müvafiq müqavilələrin bağlanacağını və hər ayın sonunda müvafiq meyarlara uyğun qiymətləndirilmə aparılacağını bildirmişdir. Tədbirdə iştirak edən könüllü gənclər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.