Şriftin ölçüsü :

Saytın rəngi :

2 saylı Texniki humanitar elmlər liseyində sakinlərlə səyyar qəbul keçirildi

02 may 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Səbail Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
2 may 2019-cu il tarixində Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalovun 2 saylı Texniki humanitar elmlər liseyində sakinlərlə növbəti görüşü baş tutmuşdur. Görüşdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, təsərrüfat sahələrinin rəhbərləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etmişlər.
Vətəndaşlar mənzil məsələləri, qaz, işıq, su problemlərinin aradan qaldırlması ilə bağlı müraciət etmişlər. Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapmış, digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülmüşdür.
Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər