Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü Səbail rayonunda qeyd edilmişdir

07 may 2019 | 16:00

7 may 2019-cu il tarixində Nizami Kino Mərkəzində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov qeyd etmişdir ki, bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür. Bu gün Azərbaycan xalqı bir daha Ulu Öndərin əziz xatirəsinə öz hörmət və ehtiramını bildirir. Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur.
Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Ulu Öndərin zəngin siyasi irsi, şərəfli həyat və fəaliyyəti barədə danışıb, ömrünü xalqımızın, dövlətimizin tərəqqisinə həsr edən Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli maraqları və xalqın mənafeyini hər şeydən uca tutduğunu, müstəqilliyimizin və dövlətçiliyimizin, demokratiyanın gücləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün yorulmadan, fədakarlıqla çalışdığını qeyd edib. O, Azərbaycanın müstəqilliyinin və inkişafının yeni mərhələsinin təməlini qoyan, ölkəni vətəndaş müharibəsi təhlükəsindən, dövlət çevrilişinə cəhdlərdən xilas edən müdrik və qətiyyətli dövlət xadimi, əvəzolunmaz şəxsiyyət Heydər Əliyevin hər zaman sonsuz ehtiramla xatırlandığını və daim xatırlanacağını bildirib.
Sonra müasir Azərbaycanın qurucusu olan unudulmaz lider Heydər Əliyev və Zərifə xanım Əliyevanın həyat yolundan bəhs edən “Əsl məhəbbət haqqında” filmi nümayiş etdirilib.

Keçidlər