Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 2019-cu ilin I rübünün yekunları müzakirə olunmuşdur

14 may 2019 | 16:00

14 may tarixində Səbail rayonunda 2019-cu ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, RİH başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri, məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov qeyd edib ki, 2019-cu il aprel ayının 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə başçısı öz çıxışında islahatların yeni mərhələsinə qədəm qoyulacağını, islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılacağını bildirmişdir. Dövlət başçısının Prezident seçkilərindən sonra imzaladığı ilk fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı oldu. Son illərdə həm sosial, həm infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılmışdır. Minimum əmək haqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Səbail rayonunda uğurla davam etdiyini qeyd etmişdir.
Daha sonra hesabat yığıncağında Səbail rayon MKTB-nin sədri Yusif Xəlilov, rayon regional qaz idarəsinin rəisi Natiq Mustafayev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayonu üzrə şöbəsinin sədri İpək İsmayılova, Səbail rayonu 1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq çıxışlara yekun vurdular.

 

Keçidlər