Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və S

15 aprel 2013 | 15:00


Aprel ayının 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi  inkişafın  yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  geniş iclası keçirilmişdir. İclasda çıxış edən ölkə başçısı cari ilin ilk üç ayı ərzində Azərbaycanda həyata keçirilmiş geniş miqyaslı  işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır. 
Ölkə başçısı öz çıxışında qeyd etmişdir ki, birinci rüb ərzində ümumi daxili məhsul   3,1 % artmışdır. Artım qeyri-neft sektorunun hesabına əldə olunmuşdur. Həmin müddət ərzində Azərbaycanda qeyri-neft sektorunun inkişafı 11,4 % olmuşdur.
Ölkədə inflyasiya cəmi 1,2 % təşkil etmişdir. Keçən il bu rəqəm  1,1 % olmuşdur. Əhalinin pul gəlirləri təxminən 6,0 % artmışdır.  Kənd təsərrüfatında artım 4 % -dən çox olmuşdur ki, bu da çox müsbət hal sayılmalıdır.
Ötən müddət ərzində Azərbaycanda strateci valyuta ehtiyatları 2013-cü ilin əvvəli ilə müqayisədə 2,6 % artaraq 48 milyard ABŞ dollarına çatmışdır. Bununla bərabər 2013-cü ildə böyük infrastruktur layihələrinin həyata keçirilməsi üçün böyük maliyyə vəsaiti sərf olunacaqdır.
Həmçinin ölkədə xərclər də çox olmuşdur. Sosial proqramların həllinə geniş yer ayrılmışdır. Sosial məsələlərin həllinə diqqətin artırılmasının nəticəsidir ki, 10 il ərzində yoxsulluq səviyyəsi 50% -dən 6 %-ə enmişdir . Sovet dövründən qalmış əmanətlərin qaytarılması prossesi gedir.
  Ünvanlı Sosial Yardım Proqramı icra edilir. 123 min ailə orta hesabla 117 manat məbləğində müavinət alır.
Regionların sosial-iqtisadi inkişafı İkinci Dövlət Proqramı bu ilin birinci rübündə uğurla icra olunmuşdur. Proqramın icrası nəticəsində ölkəmizdə 1 milyon 100 min dən artıq yeni iş yeri açılmışdır ki, onların da 30 mini bu ilin birinci rübündə yaradılmışdır .
İqtisadi uğurların nəticələrindən biridir ki, bu il ölkədə maaşlar və pensiyalar artırılacaqdır. Sosial sahədə aparılan işlər çərçivəsində məcburi köçkünlərin problemləri diqqətdə saxlanılır. Keçən il Müşviqabad qəsəbəsində böyük şəhərcik açılmışdır. Bu yaxınlarda Mingəçevir şəhərində də böyük şəhərcik açılacaqdır.
          Həyata keçirilən işlərlə bağlı  bu il Dövlət Neft Fondundan tikinti işlərinə 300 milyon manat vəsait ayrılmışdır və bu il 20 min köçkün yeni evlərə, mənzillərə köçürüləcəkdir.
Ölkədəki iqtisadi uğurlar, aparılan  iqtisadi islahatlar mötəbər beynəlxalq qurumlar tərəfindən qeyd olunmuşdur.  Əsas reytinq agentlikləri «Standart & Poor’s», «Fitsh» və «Moody’s» Azərbaycanın kredit reytinqini artırmışlar.
  Davos İqtisadi Forumu 4 il ardıcıllıqla Azərbaycan iqtisadiyyatını MDB məkanında ən rəqabət qabiliyyətli iqtisadiyyat kimi qeyd etmişdir. Rəqabət qabiliyyətinə görə Azərbaycan iqtisadiyyatı dünyada 46-cı yerdədir.
Bu gün Azərbaycan iqtisadiyyatı tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulmuşdur. Hazırda ümumi daxili məhsulun 83 %-i özəl sektorda formalaşır.
Çox sevindirici haldır ki, bu il ilk dəfə olaraq Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir. Forumu nişi çox uğurla başa çatmışdır. Forumun əsas mövzusu Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əlaqələr və bu əməkdaşlığın gələcəyi ilə bağlı olmuşdur.
Azərbaycan həm də öz beynəlxalq mövqelərini bu ilin əvvəlində möhkəmləndirə bilmişdir. Ölkənin ikitərəfli əlaqələri genişlərnir, güclənir, tərəfdaş ölkələrin sayı artır. Azərbaycan beynəlxalq arenada öz mövqeyini müdafiə etmək iqtidarındadır. Azərbaycanın siyasi nüfuzu durmadan artır. Artıq  2-ci ildir ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasının üzvüdür. 
Beynəlxalq arenada görülən işlər çərçivəsində Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işlər davam etdirilir. Məsələnin həlli istiqamətində səylər əsirgənilmir.
     «… Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıbdır, heç vaxt olmayacaqdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik. Bu münaqişənin həlli beynəlxalq hüquq normaları əsasında olmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyri-şərtsiz icra edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan çəkilməlidirlər». Azərbaycanın iqtisadi tərəqqisi onun hərtərəfli inkişafının səbəbkarıdır. Azərbaycan bundan sonra da öz siyasi, iqtisadi, hərbi gücünü artıracaqdır, bu ölkəmizin suveren hüququdur. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir.
Beynəlxalq infrastruktur layihələrinin icrası istiqamətində işlər davam etdirilir. Burada Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi xüsusi qeyd olunmalıdır. Layihənin həyata keçirilməsində Azərbaycan böyük rol oynayır. İlk vaxtlarda Ermənistanın bu layihəyə qoşulması üçün cəhdlər olunurdusa, ölkəmizin qəti mövqeyi buna heç bir imkan vermədi. «…Nə qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistan heç bir regional layihənin iştirakçısı ola bilməz» .
Bu gün Azərbaycan və Bakı dünya  mərkəzlərindən birinə çevrilmişdir. Demək olar ki, hər ay, bəzən isə ayda bir neçə dəfə beynəlxalq forumlar və toplantılar ölkəmizdə keçirilir. Bu da Azərbaycanın siyasi və iqtisadi nüfuzunun artmasının göstəricisidir. 
Ölkədə inkişafın davamlı və sürətli olması üçün əlavə tədbirlər həyata keçirilir. Son illərdə bizim əsas hədəfimiz idxalı azaltmaq, yerli istehsalı gücləndirmək, iş yerlərini yaratmaq idi. Bu işlərin icrasında mühüm irəliləyişlər əldə olunmuşdur. Təkcə bu il  Sahibkarlığa Kömək Milli Fondu xətti ilə bu il 250 milyon manat güzəştli kreditlər veriləcəkdir. Bu da xüsusilə  kənd təsərrüfatının daha da inkişafında böyük rol oynayacaqdır. Həmçinin ərzaq təhlükəsizliyi ilə bağlı aparılan daimi işlər davam etdiriləcəkdir.  
Bu istiqamətdə görülən işlər çərçivəsində kadr potensialı bir qədər geri qalır. Ona görə də müasir peşəkar kadrların hazırlanmasına daha ciddi fikir veriləcəkdir. Xüsusilə aqrar yönümlü orta peşə təhsili müəssisələrinin yaradılmasına başlanacaqdır.
Hazırda ölkədə gənc ailələrin rastlaşdığı ən böyük problem mənzil problemidir. Bununla əlaqədar gənc ailələr üçün ipoteka kreditləşmə mexanizmləri daha təkmilləşdiriləcək və yenidən baxılacaqdır.
Bu il Dövlət İnvestisiya Proqramının icrası ilə bağlı problem olmayacaqdır. Təkcə keçən il ölkə iqtisadiyyatına müxtəlif mənbələrdən 22 milyard dollar investisiya qoyulmuşdur. Bu investisiyaların 30 % -i xarici investisiyaların payına düşür. Bu istiqamətdə həyata keçirilən işlər davam etdiriləcəkdir və   bu il də Azərbaycana qoyulacaq investisiyaların həcmi 22 milyard dan az olmayacaqdır.
Dünyanın bünün inkişaf etmiş ölkələrində nağdsız ödəmələr mütləq əksəriyyət təşkil edir. Azərbaycanda isə təəssüf ki, belə deyidir.  Ölkədə nağdsız ödəmələrin həcmi artırılmalıdır.
Müşavirədə ölkə başçısının qeyd etdiyi kimi «…ümumiyyətlə isə, biz istənilən sahədə müsbət təcrübəni tətbiq edirik. Harada ki, ən qabaqcıl, müsbət təcrübə varsa və bizə sərf edirsə, o təcrübəni tətbiq edirik və etməliyik. Çünki əgər bu olmasa ölkəmizi müasirləşdirə bilmərik ».
Ölkədə Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcəkdir. «Elektron xidmət», «Elektron hökumət» layihələri bu istiqamətdə atılan çox önəmli addımlardır. Bu işlər arasında  «Asan xidmət» in fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu xidmət öz fəaliyyətini genişləndirir. Artıq minlərlə vətəndaş müxtəlif məsələlərlə bağlı «Asan xidmət»ə müraciət etmişdir. Yaxın zamanlarda xidmətin əhatə dairəsi daha da genişləndiriləcək, regionlarda bu işlərin aparılması məqsədi ilə mobil avtobusların ölkəyə gətirilməsi planlaşdırılmışdır.
 Ölkə  Başçısı öz çıxışında dövlət məmurlarının məsuliyyətinin artırılması məsələsini xüsusi vurğulamışdır. Qeyd olunmuşdur ki, dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləriyüksək səviyədə olmalıdır. Cəmiyyətdə sosial ədalət prinsipləri tamşəkildə tətbiq olunmalıdır.
Ölkədə hazırda sənaye istehsalının artırılması istiqamətində işlər davam etdirilir. Bakı, Sumqayıt və Gəncə şəhərlərində yeni texnoparkların yaradılması işləri həyata keçirilir. Bu yaxınlarda Mingəçevirdə  müasir sənaye komplekslərinin tikilməsi ilə bağlı qərar veriləcəkdir.
  Bakıətrafı qəsəbələrin inkişaf proqramı bu il başa çatmalıdır. Bakı qəsəbələrində qazlaşdırma məslələri demək olar ki, 100% təmin edilmişdir. İndi isə kənd yollarının, qəsəbədaxili və qəsəbələrarası yolların tikintisinə daha da diqqət veriləcəkdir. Su və kanalizasiya layihələrinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda Turizm sürətlə inkişaf edir. «Şahdağ» xizək mərkəzi fəaliyyətə başlamışdır. Burada artıq 50 min nəfər istirahət etmişdir. Müsbət haldır ki, Qəbələ rayonunda da xizək kurortunun yaradılmasına başlanmışdır.
  «İnformasiya-kommunikasiya texnologiyaları ili» Azərbaycanda uğurla başlamışdır. Azərbaycan artıq kosmik dövlətə çevrilmişdir. Azərbaycanın ilk  «Azərspece-2» peyki orbitdədir və ikinci, üçüncü peyklərin orbitə buraxılması ilə bağlı hazırlıq görülür.
Ölkədə i kinci regional inkişaf proqramı bu ilin sonunda başa çatır. İlin sonunda üçüncü dövlət beşillik proqramı hazır olmalıdır. Onun qəbulu isə ölkəmizin inkişafının daha uğurlu olmasını təmin edəcəkdir.
Hesabat dövründə ölkədəki inkişaf Səbail rayonunda da öz əksini tapmışdır. Belə ki, 2013-cü ilin ilk 3 ayı ərzində  Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 5.976,8 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və ya xidmətlər göstərilmişdir. Sənaye məhsulunun natura ifadəsində həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 % azalmışdır .
Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 95,9 % olmuşdur.
2013-cü ilin yanvar-mart aylarında istehlakçılara 5988.5 milyon manatlıq, o cümlədən sənaye müəssisələrinin öz istehsalı olan 5987.6 milyon manatlıq  məhsul göndərilmiş və xidmətlər göstərilmişdir.
 
                                                                                                          2012-2013-cü İLLƏR ÜZRƏ SƏNAYENİN DİNAMİKASI                    

                                                                                                                      MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR


 
2013-cü ilin yanvar-mart ayları faktiki, milyon manatla Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

  Sənaye məhsulunun (işlərin və xidmətlərin) ümumi həcmi
5976,8 95.5

  Nəqliyyat xidmətlərinin həcmi
153.4 107.8

  Rabitə xidmətlərinin həcmi
144.5 101.0

  Ə sas kapitala y ö n ə ldil ə n investisiyalar
899.6 136.7

  Ə sas kapitala y ö n ə ldilmi ş investisiyadan tikinti qura ş d ı rma i ş l ə ri
243.4 3.4 Dəfə

  Öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi
355.8 158.3

  Pərakəndə əmtəə dövriyyəsi
61.1 122.5

  Əhaliyə göstərilən pullu xidmətlər
73.1 102.4

  Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı (yanvar- fevral )
905.0 105.9


 
           *Rayonun yekununa Azərbaycan Beynəlxalq Əməliyyat şirkətinin məlumatları da daxil olmuşdur .

MƏDƏNÇIXARMA SƏNAYESİ                                                

  Xam neft və təbii qaz hasilatı .

Məhsul növlərinin adı və ölçü vahidi 2013-cü ilin yanvar-mart aylarında istehsal edilmişdir Keçən il in müvafiq dövrünə  nisbətən, faizlə

  Xam neft (qaz kon   densatı da daxil olmaqla), min ton     

  8184.0 92.6

  O cümlədən:   neft yataqlarının qazı   (səmt qazı və təbii qaz) mln kub.m
5468.3 107.2


      NEFT HASİLATININ DİNAMİKASI  
 
  Mədənçıxarma sənayesinin digər sahələri  
 

Məhsul növləri 201 3 -c ü ilin yanvar-mart aylarında istehsal edilmişdir Keçən ilin müvafiq dövrünə  nisbətən, faizlə Qeyd

  İnşaat üçün əhəng daşı (ton)
430.1 101.1 ----


 
 
 
 
 
 
                              EMAL   SƏNAYESİ    
  Mühüm növ  qida məhsullarının istehsalı  aşağıdakı kimi olmuşdur:

Məhsul növləri 2013-cü ilin yanvar-mart aylarında istehsal edilmişdir Keçən il in müvafiq dövrünə  nisbətən, faizlə Qeyd

 
  Suxarı, qizardılmış çörək və oxşar xırtıldayan məmulat,         ton
95.6 100.5 ----

  Fındıq emalı,   ton
40.0 100.0 ----

  sair şirinləşdirilməmiş ətirli məddələr əlavə edilmiş sular:   buz  və  qar,        min dkal
  90.4   110.1   ----

 

 

  Qida məhsulları və içkilərin istehsalı (Keçən ilin müvafiq dövrünə nisbətən faizlə)

  


 
                     1. suxari və qizardilmiş çörək (ton)
                 2. fındıq emalı (ton)
                 3. Şirniyyatlar və çörək (ton)
                 4. Sular (min dkal)dkal)
 
  Toxuculuq, tikiş, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı müəssisələrində  mühüm növ məhsulların buraxılışı aşağıdakı kimi olmuşdur:  
 


  Məhsul növləri
2013-cü ilin yanvar-mart     aylarında istehsal edilmişdir Keçən il in müvafiq dövrünə  nisbətən, faizlə Qeyd

  Düyünlərlə   toxunan xalçalar,   kv.m
12.3 101.1 -


      Kimya sənayesi, rezin və plastik kütlə məmulatlarının istehsalı aşağıdakı kimi olmuşdur


  Məhsul növləri
2013-cü ilin yanvar-mart aylarında istehsal edilmişdir Keçən ilin müvafiq dövrünə  nisbətən, faizlə

  Yuyucu v ə təmizləyici vasitələr, ton
10.3 96.2

  Politelen borular, bucaqlar, ton
940.2 68.6

  Plastik vannalar, əl-üz yuyanlar, ədəd
98 109.7


 
           
            ELEKTRİK ENERCİSİ, QAZ VƏ SU TƏCHİZATI

  Məhsul növləri 2013-cü ilin yanvar-mart aylarında istehsal edilmişdir Keçən il in müvafiq dövrünə  nisbətən, faizlə

  İstilik ener j isi,   min hkal
480.2 95.9


 
 
 
 
2013-cü ilin yanvar–fevral aylarında sənaye müəssisələrində işçilərin siyahı tərkibində orta sayı 13475 nəfər olmuşdur. Orta hesabla bir işçiyə düşən orta aylıq əmək haqqı 2055,0 manat təşkil edir. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,5 % çoxdur.
  NƏQLİYYAT  
2013-cü ilin yanvar-mart aylarında  iri nəqliyyat  müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 1 53 . 4 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 7,8 % çoxdur . Görülmüş iş və xidmətlərin  23.4 %-i dövlət müəssisələri tərəfindən, 76,6 %-i qeyri –dövlət müəssisələri tərəfindən yerinə yetirilmişdir.
Nəqliyyat üzrə əldə olunan gəlirin 4.6 faizi quru yol nəqliyyatının, 18,2  faizi su nəqliyyatının, 49,6 faizi hava nəqliyyatının, 27.6 faizi köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrin payına düşür:
 

      

201 3 -c ü ilin yanvar–mart (milyon manat)
1
Cəmi:                                           153,4
2
Quru yol nəqliyyatı:                        7,0
3
Su nəqliyyatı:                                28,0
4
Hava nəqliyyatı:                            76,1
5
Köməkçi və əlavə fəaliyyət:         42,3
 


 
 
2013-cü ilin yanvar-fevral aylarında nəqliyyat müəssisələrində  siyahı tərkibində olan işçilərin orta sayı 1 1.359 nəfər olmuşdur ki, bu da keçən ilə nisbətən 4 ,7 faiz çoxdur. Bu müəssisələrdə çalışan işçilərə hesablanmış  orta aylıq əmək haqqı 604,9 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3,2  faiz çoxdur .
 
  RABİTƏ  
2013-cü ilin yanvar-mart aylarında rabitə müəssisələri tərəfindən görülmüş iş və ximətlərin dəyəri 144,5 milyon manat olmuşur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə (müqayisəli qiymətlərlə) 1,0 % artmışdır. Əldə olunan gəlirin 104,6 milyon manatı mobil  rabitə ximəti ilə məşğul olan müəssisələr tərəfindən əldə olunmuşdur ki, bu da əldə olunmuş gəlirin 73,4 faizini təşkil edir. 
Əldə olunan gəlirin 15.0 faizi dövlət, 85.0 faizi isə qeyri dövlət müəssisələri tərəfindən əldə olunmuşdur.
2013-cü ilin yanvar-fevral aylarında rabitə müəssisələrində  siyahı tərkibində olan işçilərin orta sayı 6128 nəfər , işçilərə hesablanmış  orta aylıq əmək haqqı 774,4 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1,6 % çoxdur .
 
  TİKİNTİ  
2013-cü ilin yanvar-mart ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 899,6 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 36,7 % artmışdir.
Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 243,4 milyon manat  olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təkinti-quraşdırma işləri 3,4 dəfə artmışdır. 
Əsas kapitala yönəldilmiş xarici investisiyanın istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 80,8 % və ya 727,2  milyon manat, daxili investisiyanın xüsusi çəkisi isə  19,2 % və ya 172,4 milyon manat təşkil edir.
 
Fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yanvar-mart aylarında yerinə yetirilmiş podrat işlərinin həcmi 355,8 milyon manat  olmuşdur ki, bu da  əvvəlki ilin müvafiq dövrünə nisbətən 58,3 % (faktiki qiymətlərlə) çoxdur. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri podrat işlərin həcmi 352,2 milyon manat (99,0 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 3.6 milyon manat (1.0 %) olmuşdur.
İlin əvvəlindən yerinə yetirilmiş işlərin 230,9 milyon manatını (64,9%) yeni tikinti, yenidənqurma  işləri, 35,7 milyon manatını (10,0%) əsaslı təmir, 89,2 milyon manatını (25,1%) –ni sair işlər təşkil etmişdir.
2013-cü ilin yanvar–fevral aylarında tikinti müəssisələrində  siyahı tərkibində olan işçilərin orta sayı 11787 nəfər olmuşdur. Bu müəssisələrdə  orta hesabla bir işçiyə düşən orta aylıq əmək haqqı 1470,6 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 11,8  % çoxdur.
 
  İSTEHLAK BAZARI VƏ XİDMƏT SAHƏSİ  
2013-cü ilin yanvar-mart aylarında   rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 61.1 milyon manatlıq istehlak malları satılmış dır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 22,5 faiz çoxdur .
     Həmin dövürdə xidmət müəssisələri tərəfindən əhaliyə 73.1 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.4 faiz çoxdur . Pullu xidmətlərin 91.1 faizi özəl bölmə tərəfindən həyata keçirilmişdir.
 
  Pərakəndə əmtəə dövriyyəsinin  və əhaliyə göstərilən pullu xidmətlərin ümumi həcmi aşağıdakı məlumatlarla xarakterizə olunur:


 
 
  Göstəricilər
2013-cü ilin yanvar-mart ayları, milyon manatla 2012-ci ilin yanvar-mart aylarına nisbətən fiziki həcm indeksi, faizlə

 
 
  Pərakəndə ticarət dövriyyəsi
61,1     122,5

 
 
  Əhaliyə göstərilən pulu xidmətlər
    73,1     102,4


 
  ƏMTƏƏ BAZARI 2013-cü  ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 61.1 milyon manatlıq və ya əvvəlki ilin yanvar-mart aylarından 22.5 faiz çox əmtəə satılmışdır. Satılmış əmtəələrin  63.2 faizi hüquqi şəxs statuslu, 36.3 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 0.5 faizi  rayonda fəaliyyət göstərən bazarda realizə olunmuşdur.
Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 24.4 milyon manat, qeyri-ərzaq mallarının həcmi isə 36.7 milyon manat olmuş, onlarında xüsusi çəkiləri müvafiq olaraq 39.9 faiz və 60.1 faiz təşkil etmişdir.
 
  İAŞƏ  XİDMƏTLƏRİ  
2013-cü  ilin yanvar-mart ayları ərzində əhaliyə 20.4 milyon   manatlıq  və  ya  əvvəlki  ilin  eyni  dövrünə nisbətən  29.2  faiz çox   iaşə  xidmətləri   göstərilmişdir.  İaşə dövriyyəsinin 83.4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 16.6 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iaşə fəaliyyəti nəticəsində formalaşmışdır.
Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 63.9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29.8 faiz çox iaşə xidmətləri  göstərilmişdir.
 

  Əhaliyə göstərilən pullu xidmətlər  

 
Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən  2.4 faiz artaraq 73.1 milyon manat olmuşdur. Ümumi həcmin 58.8 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 43.0 milyon manatlıq pullu xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilmiş xidmətlərin 9.1 faizi dövlət müəssisələrinin  payına   düşmüşdür. 
       Özəl  sektorun  müəssisələri   tərəfindən  əhaliyə  66.4 milyon  manatlıq  və  ya  2013-ci  ilin yanvar-mart aylarına nisbətən  13.1 faiz artiq pullu  xidmətlər  göstərilmişdir.
     Əhaliyə  göstərilən  pullu  xidmətlərin  16.9  faizini   məişət  xidmətləri  təşkil  etmiş, hesabat dövründə 12.3 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətdə 6.8 faizi artmışdır. Məişət xidmətlərinin 88.1 faizi  hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti  göstərən fiziki şəxslərin müəssisələrində reallaşmışdır.
 
  İŞÇİLƏRİN SAYI VƏ ƏMƏK HAQQI  
 
  2013-cü ilin yanvar-fevral ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 111983 nəfər, orta aylıq əmək haqqının məbləği isə 905,0   manat olmuşdur ki, bu da keçən illə müqayisədə  5,9 % çoxdur   İşçilərin sayı və əmək haqqı mülkiyyət növləri üzrə aşağıdakı kimi xarakterizə olunur:

İşçilərin orta sayı (nəfərlə ) Orta aylıq əmək Haqqı (manatla)
  2013-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə % nisbəti 2013-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə % nisbəti

  Cəmi-                                         
111983 113.5 905.0 105.9

  Dövlət mülkiyyəti üzrə                
59868 116.4 455.3 106.2

  Qeyri-dövlət mülkiyyəti üzrə     
52115 110.4 1412.3 107.0

  O cümlədən ,
       

  Xüsusi-                                    
23205 98.6 627.7 104.0

  Bələdiyyə                                
45 111.1 224.6 105.7

  Xarici                                        
22364 127.6 2184.7 94.3

  Qarışıq-                                     
6495 106.5 1511.7 119.9

  Beynəlxəlq təşkilatların mülk.    
6 88.5 182.6 135.4


 

  Yeni açılmış iş yerləri haqqında  
2013-cü ilin I rübündə Səbail rayonu ərazisində 536 (ilkin məlumat) yeni iş yeri açılmışdır . Bunlardan hamısı daimi iş yerləridir. Açılmış daimi iş yerlərindən 6-i yeni yaradılmış müəssisə və təşkilatda, 322-i mövcud müəssisə və təşkilatda,  208-i fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərdə açılmışdır.  
 

 

  Göstəricinin adı

 

  Cari ilin hesabat rübündə (vahid)

  Ilin əvvəlindən

  (vahid)

 

 

 

  Yeni açılmış iş yerlərinin sayı, cəmi

  536

  536

  O cümlədən

 

 

  Yeni yaradılmış müəssisə və təşkilatlarda

  6

  6

  Mövcud müəssisə və təşkilatlarda

  322

  322

  Fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda

 

  ---

 

  ---

  Fiziki şəxslərdə

  208

  208

  Digər tədbirlər üzrə

  ---

  ---

 

 Səbail rayonunda 1 yanvar 2009-cu ildən 01aprel  2013- cü ilədək yeni açılmış iş yerləri haqqında məlumat    

  2009-2013-cü illərdə,cəmi o cümlədən 2013-cü il yanvar-mart
Acılmış iş yerlərinin sayı,cəmi   9030   536
O cümlədən      
Yeni yaradılmış müəssisə və təşkilatlarda   1063   6
Mövcud müəssisə və təşkilatlarda   4663   322
Fəaliyyəti bərpa edilmiş müəsisə və təşkilatlarda   ----   ---
Fiziki şəxslərdə 3304 208
Digər tədbirlər üzrə ---- ---
 


    1 yanvar 2009-cu ildən 01 yanvar 2013-cü il tarixinədək açılmış iş yerlərinin dinamikası  
 

   

 

  2009 2010 2011 2012 2013(I-III) Cəmi

  Açılmış iş yerləri, Cəmi
  2214   1415   1881   2984   536   9030

  Ondan daimi iş yerləri
  2214   1415   1881   2984   536   9030

  Yeni yaradılmış müəssisə təşkilatda
  514   219   307   17   6   1063

  Mövcud müəssisə və təşkilatlarda
  852   654   781   2054   322   4663

  Fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda
  ----   -----   ---   ---   ----   ----

  Fiziki şəxslərdə
848 542 793 913 208 3304

  Digər tədbirlər üzrə
---- ---- ---- --- ---- ----
 


 
 
 
 

DEMOQRAFİYA HAQQINDA


 
2013-cü ilin aprel ayının əvvəlinə Səbail rayonu üzrə daimi əhalinin sayı 9 5142 ** (bundan əlavə rayonda 9207 nəfər məcburi köçkün məskunlaşmışdır) nəfər olmuşdur. 2012-ci və 2013-cü ilin yanvar–mart ayları üzrə əhalinin təbii hərəkətinin göstəriciləri aşağıdakı kimi olmuşdur:  
 
 
 

  Göstəricilər Yanvar- mart aylarında,   nəfərlə
 
  Əhalinin hər 1000 nəfərinə

 
2013-c ü il 2012- c i il 2013-c ü il 2012-c i il

  Dogulanlar
381 353 16.1 15.2

  Ölənlər
164 174 7.0 7.4

  Təbii artim
217 179 9.3 7.7

  Nigah
110 137 4.7 5.9

  Boşanmalar
58 36 2.5 1.5
 


 
  ** Siyahıyaalmanın ilkin nəticələrinə görə hesablanmışdır.  
 
 
Səbail rayonunda 2013-cü ilin yanvar-mart aylarında 381 doğum164  ölüm halı qeydə alınmışdır .
2012-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə doğulanların sayı 15.2-dən 16.1-ə qalxmış , ölənlərin sayı 7.4-dən 7.0-ə enmiş, təbii artım isə 7.7-dən 9.3-ə qalxmışdır . 
Səbail rayonunda 2013-ci ilin yanvar-mart aylarında 110 nikah58 boşanma halları qeydə alınmışdır ki, keçən illə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı  5.9-dan 4.7-ə enmiş, boşanma halları isə 1.5-dən 2.5-ə qalxmışdır.
  2013-ci ilin yanvar-mart aylarında rayona gələnlərin sayı 211 nəfər , rayondan gedənlərin sayı isə 13 nəfər , mexaniki artım 198 olmuşdur.
 
                                                                  2012-ci ilin yanvar-mart aylarında Səbail rayonu üzrə doğum, ölüm, nigah, və boşanma halları haqqında məlumat

  Doğum   Ölüm   Nigah   Boşanma
381 164 110 58


 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü ilin ilk üç ayı ərzində rayonda keçirilən bir sıra mühüm dövlət tədbirlərində  iştirak etmişdir.
Belə ki,  fevral ayının 12 -də Bakı Biznes Mərkəzində Prezident cənab İlham Əliyevin sədrliyi ilə «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Dövlətimizin başçısı Biznes Mərkəzində 2003-2012-ci illərdə respublikanın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış olmuşdur. Bu sərgidə Azərbaycan iqtisadiyyatı və ölkənin regionlarının 2003-2012-ci illərdə keçdiyi inkişaf yolu hərtərəfli əksini tapmışdır.
Ölkə başçısı konfransda geniş nitqlə çıxış etmiş, iqtisadiyyatın bütün sahələri üzrə görülmüş işlər, həyata keçirilən layihələr, əldə olunmuş uğurlar barədə məlumat vermiş, mövcud olan çatışmamazlıqlardan söz açmış, qarşıda duran vəzifələrdən danışmış və yekun nitqi zamanı müvafiq tapşırıqlarını vermişdir.
  Mart ayının 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Qız qalasının qarşısındakı meydanda keçirilən  Novruz şənliklərində iştirak etmişlər. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırmış və Dənizkənarı Milli Parkda keçirilən bayram şənliyində geniş nitq söyləyərək xalqımızı bayram münasibəti ilə təbrik etmişdir.
Sonra dövlətimizin başçısı, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva bayram konsertinə baxmış, Milli Parkda nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri və toxuma prossesi ilə tanış olmuş, gənc rəssamların, modelyerlərin və el sənətkarlarının əl işlərinə tamaşa etmiş, güləşçilər və Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışlarını izləmişlər.
Sonra Prezident cənab İlham Əliyev və Mehriban xanım Əliyeva Milli Kulinariya Mərkəzinin nümayəndələri ilə söhbət etmiş, Milli Parkda təşkil edilən «Şərq bazarı» bayram şənliyində ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışlarını izləmiş, hazırlanmış sənətkarlıq nümunələri və Azərbaycan torpağında yetişdirilmiş məhsulların sərgisi ilə tanış olmuşlar.
Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə axşamdan xeyli keçənədək davam etmişdir.
Keçirilən tədbirlərdə Səbail rayon ictimaiyyəti nümayəndələri də iştirak etmişlər.
Ölkə başçısı tərəfindən paytaxtın mərkəzi rayonu olan Səbail rayonuna, onun sosial-iqtisadi inkişafına böyük fikir verilir, burada gedən prosseslər, həyata keçirilən iri miqyaslı layihələr cənab Prezidentin şəxsi nəzarətində saxlanılır. 
  «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı » na uyğun olaraq Bayıl yaşayış sahəsində yerləşən 3 saylı Vərəm Əleyhinə Dispanser də, Cövdət Hacıyev  adına 3 saylı Uşaq Musiqi məktəbi ndə və mərkəzdəki A.H.Kazımov adına 1 saylı şəhər poliklinikası nda aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmışdır. Hər üç müəssisə lazımi avadanlıqla təchiz olunmuş, əvvəllər mövcud olmayan yeni istilik sistemi quraşdırılmış, işçi personal üçün bütün şərait yaradılmışdır.
Yanvar ayının 25-də sökülərək yenidən tikilmiş C.Hacıyev adına 3 saylı musiqi məktəbinin açılış mərasimi keçirilmiş, mərasimdə rayon rəhbərliyi, Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
 Mart ayının 16-da isə A.H.Kazımov adına 1 saylı şəhər poliklinikasının açılış mərasimi keçirilmişdir ki, bu mərasimdə Səhiyyə Naziri Oqtay Şirəliyev və rayon rəhbərliyi iştirak etmişlər.
Dövlət Proqramının icrası ilə bağlı rayon sakinlərinin, ərazidə yerləşən müəssisə, idarə, təşkilat və digər qurumların elektrik enejcisi ilə təminatının daha da yüaxşılaşdırılması məqsədi ilə 20-ci sahə ərazisindəki Arif İsmayılov küçəsində «Bakıelktrikşəbəkə» Açıq Səhmdar Cəmiyyəti tərəfindən 102 və 118 saylı 35 kilovoltluq 2 yeni yarımstansiya nın tikintisi başa çatdırılmış və yanvar ayının 31-də şəbəkəyə qoşulmuşdur. Bu yarımstansiyaların tikintisi rayonun 20-ci yaşayış sahəsində yaşayan sakinlərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.
Proqramın icrasına uyğun olaraq Bibiheybət qəsəbəsində Mədəniyyət eviqəsəbə kitabxanasının tam əsaslı təmir-yenidənqurulması işləri, qəsəbədəki 70 saylı Uşaq bağçası üçün zirzəmisi olan 2 mərtəbəli, 1 musiqi zalı və 3 yardımçı otağı olan əlavə korpus tikintisi və bağçanın köhnə binasının əsaslı təmiri aparılır.  
Bayıl yaşayış sahəsində yerləşən 33 saylı poliklinikanın əsaslı təmirinə başlanmış və təmirin ilin sonuna kimi bitirilməsi nəzərdə tutulur.
Mərkəzdə yerləşən və 2012-ci ilin yayında təmirinə başlanan 44 saylı uşaq bağçası nda işlər başa çatdırılmış və cari ilin mart ayında bağça hər cür ləvazimat və inventarla təchiz olunaraq işə başlamışdır.
 Badamdar qəsəbəsində yeni su anbarlarının tikintisi aparılır və bu ilin sonuna kimi işlərin başa çatması nəzərdə tutulmuşdur. Anbarların tam şəkildə istismara verilməsindən sonra rayonun Badamdar qəsəbəsi, Bayıl-20-ci sahə yaşayış sahələrində yaşayan sakinlər gün ərzində su ilə təchiz olunacaqlar.
Ha­zır­da rayonda bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi  aparılır, bir sıra obyektlərdə təmir-bərpa işləri davam etdirilir. Bu gün rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın , Parlament prospektində «Alov qüllələri» kompleksinin , Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, «Azadlıq» Meydanı nda 2 mərtəbəli, 2000 avtomobil yerlik yeraltıFəvvarələr Meydanı nda 5 mərtəbəli, 260 avtomobil yerlik yerüstü qaracların, «Cənub» mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin tikintisi davam edir. Bu işlər çərçivəsində Azadlıq Meydanı ərazisinin tam şəkildə təmiri başa çatdırılmış, yola yeni asfalt örtüyü çəkilmişdir.
  Dövlət Musiqili Komediya Teatrının əsaslı təmiri başa çatmaq üzrədir, mərkəzdə yaşayış binalarının fasadlarının  üzlənməsi və təmiri  davam etdirilir.
Ölkə başçısının sərəncamına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna ayrılan maliyyə vəsaiti hesabına Səbail rayonu ərazisində, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün  146  mənzilli yeni binanın tikintisi aparılır   və bu ilin yayında binanın istifadəyə verilməsi planlaşdırılmışdır.
Keçən ilin aprelində Bibiheybət qəsəbəsindən şəhərin mərkəzinə uzanan Əhəd Yaqubov küçəsində Müasir İstedadlar Məktəbinin təməli qoyulmuşdur. 1200 şagird üçün nəzərdə tutulmuş bu kompleksdə hazırda tikinti işləri davam edir, burada məktəbəqədər, natamam və orta təhsil şöbələri  fəaliyyət göstərəcəkdir. Kompleksin ümumi sahəsi 7 ha, tikinti sahəsi isə 13000 kv. metr olacaq və 2013-cü ilin sonunda istifadəyə veriləcəkdir.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə keçən əsrin 70-ci illərində Şıx sahəsi ərazisində «Dostluq parkı» yaradılmışdır. Parkın ərazisindəki dağın döşündə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən yeni velopark ın yaradılması məqsədi ilə ərazidə böyük yenidənqurma işləri aparılıb, burada 20 mindən çox yeni Eldar şamı, sərv ağacı və xaricdən gətirilmiş müxtəlif bəzək ağacları və kollar əkilmişdir. Parkda ümumi sahəsi 40000 kv. metr olan köhnə və yeni salınmış sərt döngəli yollara asfalt salınmış, dağ velosiped idmanının inkişafı üçün 5 km uzunluğunda xüsusi yolla çəkilmişdir. Gələcəkdə ərazidə müxtəlif idman qurğularının yerləşdirilməsi nəzərdə tutulmuşdur.
Əlavə olaraq Səbail rayon İcra Hakimiyyəti tərəfindən Səlyan yolu boyunca «Şıx» ərazisində «Dostluq parkı»ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılmış, yeni torpaq qatı salınmış, 5000 kv. metr sahəyə yaşıl ot qatı salınmış, 2000 ədəd yeni ağac, 200 ədəd dekorativ kollar əkilmiş, əraziyə xüsusi yaraşıq verən yaşıllıq güşələri yaradılmışdır.
Hazırda Dağüstü parkın ərazisinin bir hissəsində  əsaslı təmir-yenidənqurma işləri və «İstiqlal» Muzeyinin tikintisi davam edir. Yeni layihə əsasında parkın aşağı hissəsi tam yenidən qurulmuş, yeni yaşıllıqlar salınmış, dekorativ ağaclar əkilmişdir. Ərazidə yeni fəvvarə qurulmuşdur   
Dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması işləri böyük sürətlə davam etdirilir.
Bakı-Ələt magistral yolunun 4-6-cı km-lik hissəsinin istifadəyə verilməsindən sonra həmin yolun Bibiheybət qəsəbəsinə tərəf uzanan hissəsinin ətrafının abadlaşdırılması, Bakı Bulvarının Dövlət Bayrağı Meydanından Bibiheybət istiqamətində uzadılması işləri çərçivəsində bu ərazidə yerləşən fərdi yaşayış evləri və digər tikililərin sakinlərə müvafiq kompensasiyaların ödənilməsi şərti ilə köçürülməsi işləri aparılmışdır. Hesabat dövrünün sonuna kimi Buruq, Dənizkənarı, Qazalin küçələrindəki  155 tikilidən 150-nin müvafiq təzminat ödənilərək köçürülməsi və ərazisnin təmizlənməsi təmin olunmuş və bu istiqamətdə aparılan işlər davam etdirilir.
Bayıl dairəsi ərazisində abadlıq işləri görülmüş, yeni yeraltı keçidin inşası, yolun mərkəz hissəsinin qurulması və burada yaşıllıqların salınması işləri görülür.
Abidələrin bərpa və konservasiyası üzrə Master Plana uyğun olaraq   Avstriyanın «Remmers» şirkəti tərəfindən paytaxtın ən məhşur tarixi abidəsi, Səbail rayonunun rəmzi olan «Qız qalası» nda mərhələlərlə bərpa və konservasiya işləri aparılır, bərpa işlərinin bu il ərzində başa çatdırılacağı nəzərdə tutulmuşdur.
İçəri şəhər ərazisində Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi   tərəfindən AMEA Əlyazmalar İnstitutuna yaxın ərazidə qədim Qala divarlarının restavrasiyası və Firdovsi küçəsində qala divarına bitişik sahənin abadlaşdırılması işləri davam etdirilir.
Keçən ilin dekabr ayında Badamdar şossesindəki yamacda baş vermiş torpaq sürüşməsi ilə bağlı Fovqəladə Hallar Nazirliyi, Ekologiya və təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının, həmçinin əlaqədar qurumların mütəxəssislərinin iştirakı ilə sürüşmənin baş vermə səbəbləri araşdırılmış, Badamdar yolu müvəqqəti olaraq nəqliyyat vasitələrinin istifadəsi üçün bağlanmış və sürüşmə nəticələrinin aradan qaldırılması üçün həmin ərazidə işlərə başlanmışdır. İlk növbədə sürüşmə ərazisinin üst hissəsində, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən fərdi yaşayış evlərinin su və kanalizasiya xətlərinin yenlənməsi, burada yeni kanalizasiya sisteminin qurulması aparılmış, yamacda texnikanın köməyi ilə bərkitmə-betonlama işləri görülmüş, yağış sularının axıdılması üçün xətlər çəkilmiş, şosse boyunca istinad divarı möhkəmlədilmiş, yeni divarlar tikilmişdir. Görülmüş işlərn nəticəsində Badamdar yolunda nəqliyyatın hərəkəti bərpa olunmuşdur.
Hazırda yamacdakı torpaq sahəsinin möhkəmləndirilməsi, həmçinin sürüşmənin aşığı hissəsində yerləşən  20-ci sahə ərazisindəki O.Daşdəmirov küçəsində yerləşən fərdi yaşayış evləri üçn yaranmış təhlükənin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. 
Hesabat dövründə rayon İcra Hakimiyyəti tərəfindən ərazidə bir sıra sosial yönümlü işlər görülmüş və tədbirlər təşkil olunmuşdur. Belə ki, Dağüstü parkda aparılan təmir-yenidənqurma işləri ilə əlaqədar burada yerləşən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının, 20 Yanvar cəmiyyətinin qərargahlarının , eləcə də «Şəhidlər Xiyabanı» kompleksinə xidmət göstərən Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin, Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçilərinin xidməti otaqlarının sökülərək, yerinin dəyişdirilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar həmin təşkilatların və xidmət sahələri işçilərinin yeni xidməti otaqlarla təmin olunması üçün  RİH tərəfindən müvafiq təşkilati işlər görülmüş, layihə sənədləri hazırlanmış və «Şəhidlər Xiyabanı»nın digər ərazisində ictimai təşkilatlar və xidmət sahələri işçiləri, həmçinin yeni yaradılmış Səbail rayon İcra Hakimiyyəti Başçısının  1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üçün bir mərtəbəli  inzibati bina tikilmişdir. RİH tərəfindən binadakı təşkilat və xidmət sahələri hər cür lazımi inventarla təmin olunmuşdur.
2013-cü il yanvar ayının 18-də inzibati binanın açılış mərasimi keçirilmişdir.
Xiyabanda çalışan xidmət sahələri işçilərinin xahişi nəzərə alınaraq onların məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə RİH tərəfindən Badamdar qəsəbəsində 2 mərtəbəli, 10 mənzilli xidməti yaşayış binası inşa olunmuş, bu ilin fevral ayında ailələr həmin mənzillərə köçürülmüşdür.
Şəhərin mərkəzi və Bayıl yaşayış ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilir. Bu işlər çərçivəsində hazırda mərkəz ərazidə Üz.Hacıbəyov küçəsində yerləşən Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin binası , Neftçilər prospektində 111, 121 və  131 saylı, Qurban Abbasov küçəsinin sonundakı 35, 76 və 78 saylı binaların üzlənməsi aparılır. Binaların təməlində möhkəmlətmə işləri görülmüş, eyvanlar yenilənmiş və binalara aqlay üzlük vurulur.
RİH tərəfindən Badamdar qəsəbəsi Neftçilər döngəsi 5 və 7   ünvanda yerləşən 2 yaşayış binasının fasadına üzlük daş döşənib, eyvanlar əsaslı təmir olunmuş, pənçərələr yeniləri ilə əvəz olunmuşdur. Hazırda Neftçilər küçəsi 1, 2 və 3 saylı binaların fasadında və eyvanlarında əsaslı təmir işləri və pəncərələrin, giriş qapılarının yeniləri ilə əvəzlənməsi başa çatmaq üzrədir.
Şəhərin mərkəzində Hökumət evinin arxa hissəsində, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarında yerləşən 16 mərtəbəli yaşayış binalarının da təmir olunaraq üzlənməsi və bura yeni, müasir görkəm verilməsi ilə bağlı işlər davam edir və bu işlərin ilin sonuna kimi başa çatması planlaşdırılmışdır.
Həmçinin Üzeyir Hacıbəyov küçəsi 30 ünvanında yerləşən Səbail rayon İcra Hakimiyyətinin və Bakı şəhər Prokurorluğunun binasının da müasir şəkildə üzlənərək yenidənqurulması, RİH üçün yeni iclas zalı və 9 saylı Xəzinədarlıq İdarəsinin yerləşəcəyi yeni binanın tikintisi ilə bağlı işlərin icrası davam etdirilir. 
2013-cü ilin ilk 3 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 417 ailə (1689 ailə üzvü) müraciət etmiş, onların sənədlərinə müavfiq qaydada baxılaraq hər bir ailə üzvünə 28,51 manat olmaqla, orta hesabla hər bir ailəyə 115,49 manat sosial yardım təyin olunmuşdur.
Hazırda Səbail rayonunda müxtəlif növ və kateqoriyalar üzrə 2562 nəfər sosial müavinət alır. Bura hər 3 qrupa aid əlilllər, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlar, ailə başçısını itirməyə, yaşa görə müavinət alanlar, müharibə veteranları, qəyyumlar, şəhid ailələri, fəxri ad almış şəxslər və s. aiddir.
 Mərkəzin Sosial xidmət şöbəsində 371 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir. 
Novruz bayramı ilə əlaqədar Mərkəz tərəfindən rayon ərazisində yaşayan 100 aztəminatlı ailə, əlil və yataq xəstəsinə ərzaq bağlamaları təqdim olunmuşdur.
  Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13081 nəfər təqaüdçülərə ilin ilk 3 ayı ərzində 8.522.890,25 manat təqaüd və müavinət ödənilmiş, ödənişlərdə gecikmələrə yol verilməmişdir. Şöbə tərəfindən təqaüd və müavinətlərin ödənişi hər ayın 17-18-nə kimi bankomatlar vasitəsi ilə həyata keçirilmiş, vaxtı keçmiş plastik kartlar operativ şəkildə yeniləri ilə əvəz olunmuşlar.
«Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2013-cü il tarixli, 2692 saylı Sərəncamının icrasının təmin olunması məqsədi ilə 12573 nəfər pensiyaçının əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək, ümumilikdə hər ay üzrə aylıq 14.050 manat artım edilmişdir.
  Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin Səbail rayon filialı tərəfindən hesabat dövrü ərzində icbari sığortalar üzrə ümumilikdə 6182 manat sığorta tədiyyəsi toplanmışdır.
  Səbail rayon Məşğulluq Mərkəzinə ilin ilk 3 ayı ərzində 239 nəfər işaxtaran vətəndaş müraciət etmiş, onların 187 nəfəri daimi işlə təmin olunmuşdur. İşlə təmin olunanların 132 nəfəri fəhlə, 55 nəfəri isə mühəndis-texniki işlə təmin olunmuşlar. İşə düzələnlər arasında 25 nəfər qadın, 53 nəfər isə gəncdir.
İşlə təmin olunanların 42 nəfəri dövlət, 108 nəfəri xüsusi mülkiyyət və 37 nəfəri birgə müəssisələrinə işə düzəldilmişdir.
Hesabat dövründə Mərkəzdə aktiv Məşğulluq tədbiri olan «Əmək Yarmarkaları» keçirilmiş, tədbirlərdə mərkəz tərəfindən 18 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunmuşdur.
«Ərazi Məşğulluq Proqramı»na əsasən cari ilin birinci rübü ərzində 16 nəfər iş axtaran vətəndaş üçün Mərkəzdə «İngilis dili» üzrə peşə kursu açılmışdır ki, bu kurslara cəlb olunanların 14 nəfəri gəncdir.
  3 ay ərzində 30 nəfərə işsizlik müavinəti təyin edilmişdir ki, onlardan 7 nəfəri qadın, 23 nəfəri kişidir. 
DSMF rayon şöbəsinin məlumatlarına görə rayon ərazisində 1979 müəssisə qeydiyyata alınmışdır ki, onların hazırda 1168-i fəaliyyət göstərir. onların 89-u dövlət, 1079-u isə qeyri-dövlət müəssisələridir.
  Səbail rayon Gigiyeva və Epidemiologiya Mərkəzi tərəfindən məcburi ilkin və dövrü  tibbi müayinələrə 1244 nəfər cəlb olunmuş, sanitariya norma və qaydalarını pozmaqla inzibati xətaya yol vermiş 14 nəfər məsul şəxs cərimə məsuliyyətinə cəlb olunmuş, 4 obyektin istismarının dayandırılması haqqında qərar qəbul edilmiş və icra olunmuşdur.
Aparılan sanitar-gigiyenik əks epidemik tədbirlər nəticəsində göy öskürək, paratiflər, vəba, qarın yatalağı, poliomelit, difteriya, qızılça, məxmərək, tetanus, qara yara, quduzluq,  malyariya, kəskin süst iflicləri, sepsis, brüselyoz və s.  xəstəliklər qeydə alınmamış, bir sıra xəstəliklərin– vərəm, skarlatina, sizənək, «B» və «C» tipli hepatitlər, sifilis, salmanilyoz, su çiçəyi kimi xəstəliklərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə azalmışdır. Qeyd olunanlarla yanaşı 3 ay ərzində askaridoz, parotit, qida zəhərlənmələri  kimi xəstəliklərin sayında artım olmuşdur.
I rüb ərzində Mərkəzin işçiləri tərəfindən 55614 həyətyanı gəzintilər təşkil olunmuş, 230 infeksion xəstəlik aşkarlanmışdır ki, bu da 0,4% təşkil edir.
3 ay ərzində rayon ərazisində ərzaq məhsullarının istehsalı, saxlanılması, daşınması və satışı üzərində  Dövlət Sanitariya Nəzarətinin gücləndirilməsi təmin edilmiş, qida zəhərlənmələri, toksiyoinyeksiyaların və qida mənşəli digər yoluxucu xəstəliklərin qarşısını almaq üçün əhali arasında profilaktiki tədbirlərin aparılması gücləndirilmiş və qida məhsulları ilə əlaqədar baş verən hər bir zəhərlənmə hadisəsi araşdırılmış, müvafiq tədbirlər görülmüşdür.
Rayon ərazisində istehsal olunan 9 yeyinti məhsuluna gigiyenik sertifikat alınmış, 37 obyektdə toyuq dönərinin hazırlanması və əhaliyə satılmasının qadağan olunması haqda rəsmi xəbərdarlıq edilmişdir. 11 nəfər cavabdeh şəxs cərimə məsuliyyətinə cəlb olunmuş, 2 obyektin fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır.
Cari ilin ilk 3 ayı ərzində rayonun qəsəbələrində aparılan abadlıq və quruculuq işləri davam etdirilmişdir. Belə ki, Badamdar qəsəbə nümayəndəliyi tərəfindən qəsəbə ərazisində  yanvar ayında şaxtalı havaların nəticəsi kimi 76 ünvanda yerləşən yaşayış binalarında və mənzillərdəki su xətlərində baş vermiş qəzalar operativ şəkildə aradan qaldırılmış,
İqor Ağayev küçəsi 8 saylı binanın fasadında təmir işləri aparılmış, bu binada yaşamış şəhid Tofiq Məmmədovun barelyefi yenisi ilə əvəz olunaraq ətraf ərazidə abadlıq işləri görülmüşdür.
Badamdar şossesində yolun genişləndirilməsi və təmiri ilə bağlı işlər davam etdirilmiş, yol kənarlarında yerləşən mağaza və obyektlərin fasadları, istinad divarları təmir olunmuş və onların aqlay daşla üzlənməsi işləri davam etdirilir.
İlin ilk üç ayı ərzində Badamdar şossesi, 1, 2 və 3-cü yaşayış massivləri, Seymur Məmmədov, Seyran Məmmədov, Nurəddin Paşayev, Tofiq Məmmədov və Əziz Nəzərov küçələrində ümumilikdə 2460 kv. metr asfalt örtüyü təmir olunmuş və yenidən çəkilmişdir. 
Qəsəbə ərazisindəki zibil meydançalarında təmir işləri aparılmış, yeni zibil quturarı qoyulmuş, buradakı konteynerlər rənglənmişdir.
Bağlar, Göyüş Qarayev, Əziz Nəzərov, Seyran Məmmədov, Ələddin Ağakişiyev, Nurəddin Paşayev küçələrində və Badamdar şossesində  kanalizasiya quyuları təmizlənmiş, 6 ünvanda kanalizasiya quyuları təmir olunmuşdur. 
Qəsəbədəki 239 saylı orta məktəbin yaxınlığında hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilir. Nümayəndəlik tərəfindən burada müvafiq şərait yaradılmış və ərazinin sanitar təmizli nəzarətdə saxlanılır.
  Bibiheybət qəsəbəsində Dövlət Proqramına uyğun olaraq qəsəbə Mədəniyyət evi və kitabxanada əsaslı təmir-möhkəmləndirmə işləri, qəsəbədəki 70 saylı Uşaq bağçası üçün yeni əlavə otaqların tikintisi davam etdirilir.
Qəsəbə sakinlərinin müraciətləri nəzərə alınaraq mart ayında qəsəbə bələdiyyəsinin yerləşdiyi binada yeni poçt məntəqəsi yaradılmış, bura əsaslı təmir olunmuşdur. Post məntəqəsi bu yaxınlarda lazımi ləvazimat və inventarla təchiz olunaraq işə başlayacaqdır.
RİH tərəfindən Muxtarov qəsəbəsindən «Şıx» çimərliyinə qədər olan ərazidəki hasarlar, nümayəndəlik tərəfindən isə Salyan şossesində 1500 kv. metr sahədə hasarlar ağardılmış, ətrafda abadlıq işləri aparılmış, Səlyan şossesində avto qəza nəticəsində yararsız hala düşmüş istinad divarında təmir aparılmışdır. 
«Azərsu» ASC-nin köməkliyi ilə Salyan şossesində 400 p/m magistral su kəməri yenisi ilə əvəz olunmuş, 400 p/m yen kanalizasiya xətti çəkilmişdir.
Novruz bayramı, həmçinin 20 Yanvar və Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilmiş, ərazidə yaşayan aztəminatlı və qaçqın ailələrinə RİH tərəfindən ayrılmış yardımlar paylanmışdır.
Qəsəbə nümayəndəliyi tərəfindən qəsəbədə, həmçinin  «Dostluq parkı» və «Şıx» sanatoriyası ərazisində gündəlik təmizlik və abadlıq işləri aparlır.
  Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən cari ilin ilk üç ayı ərzində balansda olan mənzil fondunun qorunması, xidməti ərazinin təmizliyinin normal səviyyədə saxlanması üçün cari təmir və abadlıq işləri həyata keçirilmişdir.
F.Əmirov küçəsi 2 və Xaqani küçəsi 26/32 saylı binaların istilik sistemində baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə 35 p/m xətt dəyişdirilmiş və qısa müddət ərzində istilik verilməsi bərpa olunmuşdur.
Birliyin balansında olan yaşayış binalarının dam örtüklərində qış mövsümündə aşkar olunmuş qüsurların aradan qaldırılması üçün Zərifə Əliyeva küçəsi 5-ci döngədəki binanın dam örtüyü təmir olunmuş, bura 490 kv. metr şüşə ruberoid vurulmuşdur.
Rəsul Rza küçəsi 3/5 saylı binanın qarşısındakı piyada yolu təmir olunaraq bura 35 kv. metr dekorativ plitə döşənmişdir.  
Bibiheybət yolu boyunca hasar və istinad divarlarının təmiri və rənglənməsi işləri aparılmışdır.
Salyan yolu boyunca aparılan abadlıq işləri ilə bağlı burada salınmış yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə 800 p/m uzunluğunda yeni su xətti çəkilmişdir.
Birlik işçiləri rayon ərazisində aparılan abadlıq işləri, rayonun sanitar-təmizliyi məqsədi ilə keçirilən iməcliklərdə yaxından və fəal iştirak edirlər.
  2012-ci ilin I rübü ərzində xidməti ərazidən 16500 kub metr məişət və 8750 kub metr iri qabaritli tullantılar daşınmışdır.
  Səbail rayon Elektrik Təchizatı və Satış İdarəsi tərəfindən 2013-cü ilin birinci rübü ərzində Badamdar qəsəbəsindəki 1423 saylı Komplekt transformator məntəqəsi yeni, 3 girişli KTM ilə əvəz olunmuş, «Badamdar yarımstansiyasından 749 saylı məntəqə istiqamətində 450 metr, 1579-1576 saylı TM arasında 160 metr, «Teleqüllə» Kompleksi yaxınlığında 200 metr  kabel xətti dəyişdirilmişdir.
«Şıx» ərazisindəki «Dostluq parkı»nda yeni yaradılan «Velopark» üçün yeni 400 kVa gücündə KTM quraşdırılmış, 6 kv-luq hava xəttinin 1000 metr hissəsi kabelə əvəz olunmuş, ümumilikdə isə burada 5000 metr uzunluğunda kabel xətti çəkilmişdir.
İçəri şəhərdə yerləşən 109 saylı transformator məntəqəsi yeni TM-nin tikintisi ilə əlaqədar KTM-ə köçürülmüş, N.Rəfibəyli küçəsindəki 348 saylı transformator 1000 kVa gücə malik yeni transformatorla əvəz olunmuş, H.Z.Tağıyev küçəsindəki 54 saylı TM-də 110 metr, 20-ci sahədəki 1610 və 1604 saylı TM-də 300 metr kabel xətti dəyişdirilmiş, 1543 saylı TM-də təmir işləri aparılmış, 40 saylı TM-də köhnə avadanlıqlar müasir avadanlıqlarla əvəz olunmuşdur. 
1-ci rüb ərzində idarənin balansında olan 10 ədəd transformator məntəqələrində təftişlər aparılmışdır.
Hazırda idarə tərəfindən 20-ci yaşayış sahəsi A.İsmayılov küçəsində yerləşən 1544 saylı TM-də 0,4 kv-luq şəbəkədə «SİP»-ləşmə işləri davam edir.
  Səbail rayon Qaz İstismar Sahəsi tərəfindən ilin ilk 3 ayı ərzində rayonda qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə Badamdar qəsəbəsi 1-ci yaşayış massivində 1933 p/m, 3-cü yaşayış massivində  1060 p/m, Salyan şossesi 32 ünvanda isə 965 p/m, ümumilikdə isə I rüb ərzində rayonda 3958 p/m  uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri çəkilmiş,  161 p/m qaz xəttində təmir işləri aparılmış, 1 Qaz tənzimləyici şkaf və 3 ədəd siyirtmə yenisi ilə əvəz olunmuş, 97 ünvanda qaz xətlərində baş vermiş qəzalar aradan qaldırılmışdır.
Əhali sektoru üzrə 3392 ədəd yeni «İTRON» tipli qaz sayğacları quraşdırılmış, yeni 169 fərdi yaşayış evinə qaz xətti çəkilmişdir.
İstehlakçıların normal, stabil və təhlükəsiz təbii qazla təchiz olunması üçün müntəzəm tədbirlər görülür. Mənzillərdə və müəssisələrdə təlimata uyğun qaz cihazlarına texniki baxış keçirilir, smart kart tipli yeni  sayğacların quraşdırılması davam etdirilir.
  2 saylı İSİS tərəfindən ərazidəki 57 saylı qazanxanada 3 ədəd, 49 saylı qazanxanada isə 1 ədəd qazan əsaslı təmir olunmuş, 3 qazanxanadan yaşayış binalarına ötürülən istilik xətlərində baş vermiş qəzalar aradan  qaldırılmışdır..
36, 48 və 53 saylı qazanxanaların istilik xətlərində cari təmir işləri aparılmışdır.
Respublika Prokurorluğunun, A.İsgəndərov küçəsi 2, 3/5 və 1 saylı yaşayış binalarının məhəllədaxili istilik xətlərində təmir işləri aparılaraq 135 p/m yeni boru xətti çəkilmişdir.
Payız-qış mövsümü ilə əlaqədar balansda olan qazanxanalardan istilik alan binalar istiliklə təmin edilmişlər. 
  Səbail rayon Sukanal Departamenti tərəfindən hesabat dövründə rayon ərazisində 456 p/m müxtəlif diametrli borular dəyişdirilmiş və 108 p/m su xətti 4 ədəd nasos, 3 ədəd mühərrik, 11 ədəd siyirtmə, 5 ədəd yanğın hidrantı, 26 ədəd siyirtmə təmir olunmuş, 2 ədəd yeni elektrik mühərriki və 5 ədəd yeni nasos quraşdırılmış və 586 ünvanda su xətlərində başvermiş qəzalar aradan qaldırılmışdır.
Hesabat dövrü ərzində əhali sektoru üzrə 223 ədəd yeni su sayğacları quraşdırılmışdır.
Rayonun kanalizasiya şəbəkəsində 8460 p/m xətt, 3830 p/m yağış suları yığan şəbəkə, 510 ədəd baxıcı quyuları, 390 ədəd yağış barmaqlığı təmizlənmiş, 6 dəst yağış barmaqlığı və 10 dəst kanalizasiya lyuku təmir olunmuşdur.
Badamdar qəsəbəsinin su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində işlər, qəsəbədəki 3-cü yaşayış massivində yeni su anbarlarının tikintisi davam edir və bu işlərin 2013-cü ilə kimi başa çatması nəzərdə tutulmuşdur.
Hesabat dövründə Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən yanvar ayında rayon Hərbi Komissarlığı ilə birgə gənclərin hərbi xidmətə yola salma mərasimi təşkil olunmuş, rayonun orta məktəblərinin şagirdləri arasında «20 Yanvar – tarixin gerçək faciəsi» mövzusunda inşa yazı müsabiqəsi, Azərbaycan Dövlət Pedaqoci Universitetində  20 Yanvar faciəsinə həsr lunmuş anım tədbiri, Gnclərin məşğulluq problemlərinin həlli yollarına həsr olunmuş tədbir və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə dəyirmi masa,  5 Mart - Bədən tərbiyəsi və idman gününə həsr olunmuş «İdman sağlamlığın rəhnidir» mövzusunda tədbir, 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir, «Qərb» Universiteində «Xocalı harayı» mövzusunda inşa yazı müsabiqəsi və Beynəlxalq Qadınlar günü ilə bağlı «Elmi və ictimai həyatda Azərbaycan qadınının rolu və yeri» mövzusunda dəyirmi masa, Azərbaycanın Milli Qəhrəmanları və ölkəmizin ərazi bütövlüyü üzründa döyüşlərdəşücaət göstərmiş döyüşçülərlə görüş, rayonun orta məktəblərində 21 Fevral – «Beynəlxalq ana dili günü»nın keçirilməsi ilə əlaqədar «Mənim doğma dilim» mövzusunda inşa yazı müsabiqəsi, 2 Fevral Gənclər günü münasibəti ilə möhtəşm Gənclər balı, 190 saylı orta məktəbdə «Cəsurlar» hərbi-idman və turizm oyununun rayon mərhələsi təşkil olunmuş, Novruz bayramı ilə əlaqıdar rayondakı hərbi hissələrin şəxsi heyətinə bayram sovqatları təqdim olunmuşdur.
Hesabat dövründə Səbail rayon məktəblilərinin XXV Spartakiadası çərçivəsində voleybol, şahmat, dama, basketbol üzrə yarışlar keçirilmiş, qalib komandalar və şəxsi yarışlarda fərqlənənlər diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
190 saylı orta məktəbdə gənclər arasında stolüstü tennis üzrə açıq çempionat, 2 saylı Uşaq Gənclər Şahmat Məktəbində şahmat turniri, qaçış üzrə rayon birinciliyi, 236 saylı orta məktəbdə məktəblilər arasında «Çempion» əyləncəli idman oyunları, «Turan» idman klubunda Novruz bayramı münasibəti ilə cüdo üzrə rayon birinciliyi, 132-134 saylı Təhsil Kompleksində Xocalı soyqırımının ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə rayon birinciliyi təşkil olunmuşdur.
2013-cü ilin I rübü ərzində rayonda RİH-nin təşkilatçılığı ilə bir sıra tədbirlər və toplantılar təşkil olunaraq keçirilmişdir. İlk olaraq yanvar ayında rayonun Badamdar və Bibiheybət qəsəbə nümayəndəliklərinin rayon rəhbərliyi, müxtəlif xidmətlərin, ictimaiyyətin nümayəndələrinin, qəsəbələrin sakinlərinin iştirakı ilə 2012-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmiş, bu yığıncaqlarda qəsəbələrdə görülən işlər, həyata keçirilən layihələrdən həlli vacib problemlər və onların aradan qaldırılması yollarından danışılmışdır.
Fevral ayının 1-də rayon İcra Hakimiyyətinin iclas zalında Səbail rayon İcra Hakimiyyətinin 2012-ci ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilmiş, keçən il ərzində həyata keçirilən işlər müzakirə olunaraq 2013-cü il üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Yığıncağın yekunlarına görə rayon İcra Hakimiyyətinin 2012-ci il üçün fəaliyyəti «qənaətbəxş» qiymətləndirilmişdir.
Cari ilin 3 ayı ərzində mütəmadi olaraq rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasları keçirilmiş, rayon İcra Hakimiyyətinin 2013-cü il üçün təsdiq olunmuş tədbilər planında nəzərdə tutulmuş məsələlər müzakirə olunmuşdur.
Yanvar ayında 20 Yanvar faciəsinin  ildönümünün keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətində Tədbirlər planı   hazırlanaraq RİH Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.
Tədbirlər planı çərçivəsində yanvar ayının 18 -də RİH-nin təşkilatçılığı ilə «20 Yanvar» cəmiyyəti və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsi üçün «Şəhidlər Xiyabanı» Kompleksində inşa olunmuş yeni qərargahındakı  iclas zalında  rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirilmişdir. Görüşdə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi yad edilmiş, tədbirdə  iştirak edən rayon rəhbərliyi, rayonun digər ictimai təşkilatlarının və birliklərinin, Sosial Müdafiə Fondu rəhbərləri 20 Yanvar əlillərinin və şəhid ailələrinin məişət qayğıları və problemləri ilə maraqlanmışlar. Görüşdə   şəhid ailələri və əlillərə maddi yardım və ərzaq bağlamaları  təqdim olunmuşdur.
  Azərbaycan Dövlət Pedaqoci Universitetində, Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Dövlət İqtisad Universitetində  və Dövlət Dəniz Akademiyasında 20 Yanvar faciəsi ilə əlaqədar yığıncaqlar və toplantılar keçirilmiş, Qanlı Yanvara həsr olunmuş sərgilər təşkil olunmuşdur. İstiqlal Muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir və foto sərgi, Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş «Şəhidlər yaşayır» mövzusunda anım mərasimi təşkil olunmuşdur.
  Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin Azərbaycan tarixində azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq rəmzi kimi qeyd edilməsi ilə əlaqədar xatirə tədbirləri keçirilmiş, kollektivlər tərəfindən «Şəhidlər Xiyabanı» ziyarət olunmuşdur.
Faciənin ildönümü ərəfəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında   «Mənim  ağ göyərçinim» tamaşasına  baxış keçirilmişdir.
Rayonun   orta məktəblərində  20 Yanvar faciəsinin ildönümü ilə bağlı dərslər keçirilmiş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilmiş, divar qəzetləri buraxılmışdır. Rayonun orta və ali təhsil müəssisələrində  keçirilən tədbirlərdə  rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak etmişlər.
Tərtib olunmuş qrafik üzrə 17-19 yanvar tarixlərində orta və ali məktəblərin şagird və tələbələri tərəfindən «Şəhidlər Xiyabanı»nın  ziyarət olunması təşkil edilmişdir.
Yanvarın 20-də Səbail rayonu, Badamdar qəsəbəsində «Badamdar şəhidləri» abidəsinin önündə Badamdar Bələdiyyəsi, qəsəbədəki orta məktəblərin şagirdləri, ziyalılar və ağsaqqalların iştirakı ilə tədbir keçirərək  abidə önünə gül dəstələri qoyulmuşdur.
20 Yanvar faciəsi ilə bağlı rayondakı bütün dini ibadət yerlərində   şəhidlərin ruhuna dualar oxunmuş, Bibiheybət ziyarətgahında və İçəri şəhər «Cümə» məscidində ehsanlar verilmişdir. 
20 Yanvar faciəsi ilə bağlı rayonda keçirilən tədbirlər və  görülmüş işlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
  2 Fevral – Azərbaycan Gəncləri günü ənənəvi olaraq  Səbail rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonda bir sıra tədbirlər və idman yarışları keçirilmişdir.  Azərbayan Gəncləri günü ərəfəsində isə şəhərimizin gözəl məkanlarından birinə çevrilən Dövlət Bayrağı Meydanındakı «Cristall-Hall»da Səbail rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş möhtəşəm bayram balı keçirilmişdir. Gənclər balına  rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai,  elmi-pedaqoci fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunmuşdur.
Tədbirdə çıxış edənlər ölkədə və Səbail rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 20 nominasiya üzrə gəncə və gənc kollektivə  Səbail rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur. 
Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə  başa çatmışdır.
  Fevral ayının 8-də 49 saylı «İntellekt» məktəb-liseyin akt zalında Səbail rayon Ağsaqqallar Şurasının növbəti hesabat-seçki konfransı keçirilmişdir. Hesabat konfransında çıxış edənlər ölkəmizdə ahıllara, ağsaqqallara göstərilən dövlət qayğısından, Azərbaycanın son illərdəki inkişafından danışmış və qarşıda duran vəzifələrdən söz açmışlar.
Konfransda iştirakçıların çoxsaylı sualları cavablandırılmış, ağsaqqallar adından Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olunmuşdur. Mirhəbib Seyidov  yenidən Səbail rayon Ağsaqqallar Şurasının sədri   və Respublika Ağsaqqallar Şurasının qurultayına 5 nəfər nümayəndə seçilmişdir.
  Fevral ayının 21-də Azərbaycan Dövlət Pedaqoci Universitetinin akt zalında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmiş, tədbirdə təşkilatın yaranması, fəaliyyət dövrü ərzində qazanılan uğurları, görülən işlər müzakirə olunmuşdur. 
  «Xocalı soyqırımının iyirmi birinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Rəhbərinin 8 saylı, 4 fevral 2013-cü il  tarixli sərəncamının icrası ilə bağlı Səbail rayonunda faciənin ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanaraq RİH Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.
  RİH-nin tədbirlər planına uyğun olaraq fevral aynın 25 -də rayon İcra Hakimiyyətinin təşəbbüsü, Xocalı rayon İcra Hakimiyyətinin məsul işçilərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının «Şəhidlər Xiyabanı»ndakı qərargah binasında rayonda məskunlaşan Xocalıdan köçkün düşmüş 22 ailənin üzvləri ilə görüş keçirilmiş, onların sualları dinlənilmiş, bu ailələrə yardımlar göstərilmişdir.
  Rayonun idarə, müəssisə və təşkilatlarında, ali təhsil müəssisələrində  Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilmişdir. Həmin tədbirlər çərçivəsində fevralın 25-də Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Pedaqoci Universitetində, «Qərb» Universitetində, Azərbaycan Dövlət Dəniz Akademiyasında,  Dövlət Bayrağı Meydanı İdarəsində,  İçəri şəhərdəki «Qız qalası» rəsm qalereyasında anım tədbirləri keçirilmişdir.
Faciənin ildönümü ərəfəsində, fevral ayının 22-də Azərbaycan İstiqlal Muzeyində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş «Sənədlər sübut edir» adlı sərgi-tədbir, M.F.Axundov adına Milli kitabxanada   faciə ilə bağlı nəşr edilmiş yeni kitabların təqdimatı, Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin mərkəzi  kitabxanası və filiallarında «Xocalı soyqırımı» adlı ədəbi-bədii kompozisiya, foto-sərgilər və faciə barədə məlumatların internet vasitəsi ilə yayımlanması, fevralın 23-də C.Cabbarlı adına Teatr Tarixi Muzeyində anım tədbiri, fevralın 25-də Milli Azərbaycan Tarixi Muzeyində tədbir, fevralın 26-da Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində «Xocalı səsləyir bizi» adlı tədbir keçirilmiş, rayondakı digər mədəniyyət ocaqlarında da faciəyə həsr olunmuş  sərgi və ədəbi-bədii tədbirlər təşkil olunmuşdur.
Fevral ayının 25-də Badamdar Mədəniyyət evində Aygün Həsənoğlunun «Adsız qadın» romanı əsasında hazırlanan tamaşaya , fervralın 26-da isə Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-publisist Vaqif Əlixanlının «Hardasan, oğul?» əsəri əsasında səhnələşdirilən «Əcəl atı» tamaşasına ictimai baxış keçirilmişdir.
Fevral ayının 25-də rayonun  bütün ali və orta məktəblərində keçirilən ilk dərslər Xocalı faciəsinə həsr olunmuş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, divar qəzetləri buraxılmış, inşa müsabiqəsi keçirilmişdir. 
Xocalı faciəsi ilə bağlı Bibiheybət və İçəri şəhərdəki məscidlərdə faciə qurbanlarının ruhuna dualar oxunmuş, Bibiheybət ziyarətgahında və İçəri şəhər «Cümə» məscidində ehsanlar verilmişdir. 
Fevral ayının 26-da rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri tərəfindən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunmuş, abidə önünə çiçək dəstələri qoyulmuşdur.
Xocalı  faciəsinin ildönümü ilə bağlı  rayonda keçirilən tədbirlər və  görülmüş işlər barədə məlumatlar KİV-də geniş yayımlanmışdır.
  Mart ayının 7-də   RİH tərəfindən 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı təşkil olunan tədbirlər çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal qadınların iştirakı ilə Dövlət Bayrağı Meydanı Kompleksi ərazisindəki  restoranda tədbir və konsert təşkil olunmuşdur.
Səbail rayonunda Novruz şənliklərinin keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanaraq təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.
Tədbirlər planı çərçivəsində mart ayının 14-15 -də rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri DİN Daxili Qoşunlarının Bərdə şəhərindəki    və rayonun hamilik etdiyi cəbhə bölgəsindəki «N» saylı hərbi hissənin Tərtər  rayonunda xidmət edən şəxsi heyəti ilə görüşlər keçirmiş, əsgərlərə rayon məktəbləri və uşaq bağçaları tərəfindən hazırlanmış bayram şirniyyatları, hədiyyələr və əsgər məktubları çatdırılmış, xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupuna RİH-nin qiymətli hədiyyələri təqdim olunmuş, bayram konsertləri təşkil edilmişdir.
          Mart ayının 15 -də rayonda fəaliyyət göstərən bir sıra ictimai təşkilatların, o cümlədən Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, 20 Yanvar və Çernobıl cəmiyyətinin, Əlillər, Vətən Müharibəsi Veteranları Birliyinin, Veteran Təşkilatları və Ağsaqqallar Şuralarının, Gözdən əlillər cəmiyyətinin,  Rus icmasının, «Sodrucestvo» cəmiyyətinin və s. təşkilatların rayon şöbələrinin nümayəndələrinin, rayonda məskunlaşmış məcburi köçkünlərin iştirakı ilə «Bakı gecələri» restoranında rayon İcra Hakimiyyəti rəhbərliyinin görüşü keçirilmiş, onlara  ərzaq yardımlarının verilməsi təşkil olunmuşdur. Bayram payları rayondakı 27 yataqxanada məskunlaşmış məcburi köçkün, həmçinin Şəhid və Qarabağ müharibəsi əlili və veteranı ailəsinə, xəstə və kimsəsizlərə, yardıma daha çox ehtiyacı olan ailələrə, ümumilikdə isə 3500-ə yaxın ailəyə   paylanmış, əlavə olaraq 300 ailəyə qurban əti çatdırılmışdır.
  Martın 19-da Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində aztəminatlı ailələrin nümayəndələri ilə bayram tədbiri keçirilmiş, onlara və yataq xəstələri olan rayon sakinlərinə 100 pay ərzaq bağlamaları verilmişdir.
Tədbirlər planı çərçivəsində martın 18-i və 19 -da Bibiheybət qəsəbə nümayəndəliyi  tərəfindən qəsəbədəki 50 saylı məktəbin həyətində və Badamdar qəsəbə nümayəndəliyi  tərəfindən qəsəbədəki «N» saylı hərbi hissənin şəxsi heyəti üçün qəsəbələrin mədəniyyət evləri və populyar incəsənət ustalarının iştirakı ilə bayram tədbirləri   keçirilmişdir. 
Rayonun iri ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Pedaqoci Universitetində tələbə və müəllim heyəti tərəfindən «Azərbaycan filmlərinə səyahət» adlı Novruz şənliyi, Azərbaycan Dövlət İqtisad Universitetində Novruz bayramına həsr olunmuş bayram şənliyi və kulinariya müsabiqəsi təşkil olunmuş, bayram ərəfəsində rayonun orta məktəb və məktəbəqədər tərbiyə müəssisələrində çoxsaylı ədəbi-bədii bayram şənlikləri keçirilmiş, 132-134 saylı Təhsil Kompleksi, 160 saylı Klassik gimnaziya, 49, 51, 91 və 190 saylı orta  məktəblərin müəllim kollektivi  və şagirdləri tərəfindən ətraf ərazidə yaşayan ahıl və kimsəsiz vətəndaşlara bayram sovqatları çatdırmışlar.
  20-24 mart tarixlərində İçəri şəhərdə «İçərişəhər» DTMQ İdarəsinin təşkilatçılığı ilə Novruz bayramı ilə əlaqədar «Meydan bazarı» tədbirləri keçirilmiş, bu tədbirlərdə paytaxtımızın minlərlə sakini və qonaqları iştirak etmişlər.
Mart ayının sonunda rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı bir sıra tədbirlər keçirilmişdir. Belə ki,  Səbail rayon mərkəzləşdirilmiş kitabxana sisteminin kitabxanalarında sərgilər təşkil olunmuş, 1 saylı filialda tədbir keçirilmiş, M.S.Ordubadinin xatirə muzeyində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Pedaqoci Universitetində, «Qərb» Universitetində, V.Səmədova adına Sərgi salonunda soyqırımı günü ilə bağlı toplantı, dəyimi masa, rəsm sərgiləri, anım tədbirləri keçirilmiş, martın 29-da rayonun bütün orta məktəblərində faciə ilə bağlı tədbirlər keçirilmiş, məktəblərdə birinci dərs soyqırım tarixinə həsr olunmuşdur.
İlin birinci rübü ərzində keçirilən və təşkil olunan tədbirlər arasında   AVMVB Səbail rayon şöbəsinin qərargahında Daşaltı əməliyyatının ildönümü ilə bağlı tədbir, 190 saylı orta məktəbdə Nizami Gəncəviyə həsr olunmuş ədibi-bədii tədbir, 49 saylı «İntellekt» məktəb-liseydə Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir, 239 saylı orta məktəbdə FHN ilə birgə «Fövqəladə hallarda nə etməli?» mövzusunda tədbir, 7, 49, 189, 190  saylı orta məktəblərdə, 160 saylı Klassik gimnaziyada «Ana dili» gününə həsr olunmuş tədbirlər qeyd olunmalıdır.
Mart ayında Azərbaycan Milli Teatrının 140 illiyi ilə əlaqədar ASSİTEC – Azərbaycan Milli Teatr Mərkəzi, Dövlət Gənc Tamaşaçılar Teatrı səbail rayon İcra Hakimiyyətinin dəstəyi ilə Səbail rayon orta ümumtəhsil məktəblərində «Mən teatr haqqında danışmaq istəyirəm» mövzusunda qiraətçilərin baxışına start verilmiş və müsabiqənin I mərhələsi keçirilmişdir.
Mart ayında Bülbül adına Orta ixtisas musiqi  məktəbinin 9-cu sinif şagirdi Aytən İbrahimova Belçikada keçirilən skripkaçıların V Beynəlxalq müsabiqəsində (Bravo) qalib gələrək müsabiqənin laureatı olmuşdur.
Mart ayında Estoniyanın Koxle-Yarve şəhərində akademik vokal üzrə VIII Beynəlxalq Müsabiqədə Bülbül adına Orta ixtisas musiqi  məktəbinin V sinif şagirdi Çinarə Əzimova   Qran-Pri mükafatına , 6-cı sinif şagirdi Sona İsgəndərli isə I yerə layiq görülmüş, məktəbin müəllimi İradə Xəlilova «Müsabiqənin ən yaxşı müəllimi» diplomu ilə təltif olunmuşdur.
Hesabat dövründə 7 aylı tam orta məktəbin şagirdi Əminə Əmircanlı , 132-134 saylı Təhsil Kompleksinin şagirdləri Mehriban Həsənzadə, Lalə Şabanova , 189 saylı tam orta məktəbin şagirdi Afət Məmmədova və 160 saylı Klassik Gimnaziyanın şagirdləri Fəridə Səmədzadə, Lalə Şabanova «Sabahın alimləri» Respublika müsabiqəsinin qalibləri sırasında olmuş və müsabiqə çərçivəsində Kiprdə keçirilən treninqdə iştirak etmişlər.
 Almaniya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş «Alman dilinin ən yaxşı bilicisi» müsabiqəsində 160 saylı Klassik Gimnaziyanın 3 nəfər şagirdi – Fərəh Bayramova, Diana Zərbəliyeva və Sirac Dövlətov qaliblər sırasında olmuş və iyul ayında Almaniya Respublikasında keçiriləcək Alman dili üzrə Beynəlxalq Olimpiadada iştirak etmək hüququ qazanmışlar.
Rayonun 50 və 162 saylı orta məktəbləri I dəfə, 6 saylı tam orta məktəb160 saylı Klassik Gimnaziya isə II dəfə 2012-2013-cü tədris ili üçün  «İlin ən  yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinə, rayon orta məktəblərinin bir sıra müəllimləri isə «İlin ən yaxşı müəllimi» Respublika müsabiqəsinə qatılmışlar. 
Rayon ərazisində qeydiyyatdan keçən  4631 nəfər qaçqın (850 ailə) və 9170 nəfər (2801 ailə) məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli daim RİH-nin diqqət mərkəzində olmuşdur. 
Köçkünlərin yığcam yaşadıqları 24 yığcam yaşayış obyektlərində, eləcə də fərdi mənzillərdə yaşayanların fasiləsiz olaraq su, qaz, elektrik enerjisi ilə təhciz olunması və kanalizasiya xəttinin normal işləməsi üçün gündəlik tədbirlər həyata keçirilmişdir.
 Bakı-Ələt yolunun çəkilişi və Dövlət Bayrağı Meydanının Bibiheybət qəsəbəsi istiqamətində uzadılması işləri çərçivəsində Dəniz küçəsi və ona bitişik ərazidəki tikililərdə məskunlaşmış məcburi köçkün ailələri kommunal şəraitli mənzillərə köçürülmüşdür.
Məcburi köçkünlərin məskunlaşdığı Badamdar yolu 198 ünvandakı yataqxananın kanalizasiya xətti təmir olunmuş,  yeni borular çəkilərək nasazlıq aradan qaldırılmışdır.
Buxta küçəsi 212 ünvandakı yataqxananın qəzalı vəziyyətdə olması ilə bağlı burada məskunlaşmış məcburi köçkünlərin köçürülməsi ilə əlaqədar Nazirlər Kabinetinə müraciət olunmuşdur.
Novruz bayramı ilə əlaqədar rayondakı şəhid, əlil, aztəminatlı ailələrlə yanaşı ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə RİH tərəfindən də ərzaq yardımları göstərilmişdir.
Rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar hazırlanmış təkliflər sırasına şəhid ailələri, müharibə veteranları və əlilləri üçün yeni yaşayış binasının tikintisi salınmış və bu planın həyata keçirilməsi üçün işlər aparılır.
İlin ilk üç ayı ərzində  ərzində rayon ərazisində  1 qəsdən adam öldürmə, 2 intihar nəticəsində ölüm, 9  intihara cəhd qeydə alınmışdır. 3 ay ərzində 53 yol nəqliyyat hadisəsi baş vermiş, bu zamanı 1 nəfər ölmüş və 14 nəfər xəsarət almışdır.
Hesabat dövründə müxtəlif siyasi qurumlar tərəfindən rayon ərazisində 6 icazəsiz  piket və ya  mitinq keçirilməsinə cəhdlər olmuş, bütün bu cəhdlərin qarşısı Səbail rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən alınmışdır.
Cari ilin ilk üç ayı ərzində rayon ərazisində 23 müxtəlif yanğın hadisəsi qeydə alınmış və Səbail rayon Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən söndürülmüşdür. Yanğındlar zamanı 1 nəfər vətəndaş ölmüş, 3 nəfər  vətəndaş isə tüstüdən xəsarət almışdır.
Hesabat ili ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar ayında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar  RİH Başçısının   sərəncamı ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsi tərəfindən gənclərin ilkin hədbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
Səbail rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyəti çərçivəsində görülən işlər sırasında rayon sakinlərinin sosial vəziyyətlərinin nəzərə alınaraq daxili imkanlar hesabına müxtəlif yardımların edilməsi, çətin vaxtlarda onlara yardımçı olunması, müxtəlif yubiley və bayram tədbirlərinin keçirilməsi ilə bağlı işlər həyata keçirilmişdir. Belə ki, 20 Yanvar, Xocalı faciələrinin ildönümünə həsr olunmuş tədbirlərdə 36 iştirakçıya 1800 manat maddi yardım göstərilərək ərzaq bağlaması təqdim olunmuş, Novruz və digər bayramlar ərəfəsində rayonda yaşayan aztəminatlı, kimsəsiz, Şəhid ailəsi və əlil, məcburi köçkünlərin, həmçinin rayon təsərryfat xidmətlərinin işçilərinə – ümumilikdə 3600 ailəyə ərzaq bağlamaları , RİH tərəfindən keçirilən müxtəlif tədbirlərdə  210 nəfərə qiymətli hədiyyə verilmişdir. Cəbhə xəttində xidmət edən əsgərlərimizin məişət şəraitinin yaxşılaşdırılması üçün burada aparılan təmir-tikinti işlərinə yardım olaraq Səbail rayonundan 400 kisə sement və 400 ədəd şifer verilmişdir. 
RİH təşkilatçsılığı ilə mütəmadi olaraq  aztəminatlı ailələrə ət paylanır ki,        3 ayda 500 pay ət paylanmış, 25 nəfərə 3500 manat məbləğində maddi yardım göstərilmişdir.
Ümumilikdə, 3 ay  ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların,  müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 4400 olmuşdur.
  2013-cü  ilin 1-ci rübü ərzində    «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı və qəsəbə nümayəndəliklərində  vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
 
  I rübdə  RİH Başçısı Aparatına vətəndaşlardan 631   ərizə və müraciəti         ( 2011-ci ilin I rübündə  407 )   daxil olmuşdur.                                      Onlardan:

- 134-ü
Prezidentin Administrasiyasından;
- 10-u
Milli Məclisdən;                                  
- 18-i
Nazirlər Kabinetindən;                     
- 95-i
Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən;
- 392-i
vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla  142-i təkrar, 39-u kollektiv  ərizələrdir.


 
  Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2013-cü ilin I rübündə vətəndaşlardan daxil olmuş müraciətlərin təhlili üzrə MƏLUMAT

  I rüb
  2011 2012 2013 Əvvəlki
      Yanvar   Fevral   Mart   Cəmi I rüb   Yanvar   Fevral   Mart   Cəmi I  rüb dövrlə müqa-yisə + ;  -

  Daxil olmuş müraciətlər  onlardan
629 138 149 120 407 167 227 237 631 +224

  Azərbaycan Respublikası Prezidentinin Administarsiyasından
144 31 24 32 87 22 51 61 134 +47

    o cümlədən nəzarətlə
10 - 2 2 4 1 5 2 8 +4

  Milli Məclisdən
6 2 4 2 8 3 6 1 10 +2

  Nazirlər Kabinetindən
10 4 1 1 6 7 4 7 18 +12

  Digər respublika təşkilatlarından
79 9 6 6 21 5 9 8 22 +1

  Bak ı şə h ə r İ cra Hakimiyy ə ti Ba şçı s ı Aparat ı nda    
66 15 23 4 42 16 17 22 55 +13

  Şəhər (rayon) əhalisi tərəfindən
399 77 91 75 243 114 140 138 392 +149


 
 
Keçən ilin 1-ci rübü ilə müqayisədə müraciətlərin sayı 1,5 dəfə artaraq 631 təşkil etmişdir. Bu da 224 ədəd çox deməkdir. Əsasən tikinti məsələləri ilə bağlı müraciətlərin sayı 3 dəfə artaraq 271 ədəd təşkil etmişdir. Azərbaycan Respublikasının yeni Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi ilə bağlı vətəndaşların rayon İcra Hakimiyyətinə müraciətlərini artırmışdır.
  Mənzil məsələsi ilə bağlı müraciətlər də 119,8 % artaraq   200 ədəd təşkil etmişdir.
  Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2013-cü ilin I rübündə vətəndaşlardan daxil olmuş müraciətlərin məzmununun təhlili üzrə    MƏLUMAT

  I rüb
  2011 2012 2013 Əvvəlki
      Yanvar   Fevral   Mart   Cəmi I rüb   Yanvar   Fevral   Mart   Cəmi I  rüb dövrlə müqa-yisə + ;  -

     Daxil olmuş müraciətlər , onlardan
629 138
149
120 407 167
  227
237 631 +224

  -  qəbul məsələsi
7 1 - - 1 2 5 - 7 +6

  -  torpaq məsələsi
38 12 7 6 25 7 7 5 19 -6

  -  əhalinin  sosial məsələsi (qəyyumluq, addəyişmə, qeydiyyat, təqaüd və s.)
23 4 9 1 14 8 11 8 27 +13

  -  mənzil məsələsi
257 56 58 53 167 53 62 85 200 +33

  -  tikinti məsələsi
158 34 28 28 90 61 111 99 271 +181

  -əmək (işsizlik,ə/h) məsələsi
15 - 7 3 10 3 4 6 13 +3

  - ene j c i, su, qaz məsələsi
17 4 7 2 13 5 2 - 7 -6

  - qaçqın və məcburi köçkün məsələsi
11 1 1 - 2 3 - 4 7 +5

  -  birdəfəlik yardım
37 9 10 7 26 6 10 15 31 +5

  -  digər məsələlər
66 17 22 20 59 19 15 15 49 -10


   
Rayon ərazisində ardıcıl abadlıq və quruculuq işlərinin aparılması, küçə və məhəllədaxili yolların, kommunikasiya xəttlərinin təmiri, həyətlərin abadlaşdırılması  əhalini narahat edən bir sıra məsələlər üzrə, xüsusilə kommunal məsələlər , o cümlədən enerji, qaz, su və kanalizasiya ilə bağlı müraciətlərin sayının əvvəlki dövrlə müqayisədə 2 dəfə azalmasına səbəb olmuşdur.
Azərbaycan Respublikası Prezidenti  Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri  cənab Süleyman İsmayılovun  «Azərbaycan» qəzetinin  07-08 fevral 2013-cü il   tarixli buraxılışında « Ölkə Prezidentinin insan amilinə söykənən inkişaf strategiyası və vətəndaşların müraciətinə baxılması »   sərlövhəli məqaləsində vətəndaşların müraciətləri ilə bağlı dərc edilmiş geniş təhlillər rayon İcra Hakimiyyətində ətraflı öyrənilmiş, tövsiyyələr və  iradlar bu sahədə işin təkmilləşdirilməsi  üçün əsas götürülmüşdür.                                                                                                                                                                                                                                                                                   
Təkrar müracitələrə diqqət artırılmış, onların təhlili aparılmışdır. Bu müraciətlərin böyük əksəriyyəti  mənzil ilə təmin olunma, təzminat və qanunsuz tikilili və torpaq sahələrinin zəbt olunması ilə bağlı məsələlər olmuşdur. Vətəndaşlar Sevda Əlizadə və Tofiqə Zamanovanın mənzil ilə təmin olunmaları barədə müraciətləri davam etmiş,  qanunsuz torpaq sahələrini zəbt etməklə icazə sənədləri olmadan özbaşına tikinti cəhdlərinin qarşısı alındığından vətəndaşlar Sabit Tanrıverdiyev, Sahib Mikayılov, Ramiz Abdullayev qərəzli və əsassız çoxsaylı müraciətlər edirlər. Azyaşlı uşaqların qəyyumluğu ilə bağlı qohumlar arasında yaranmış mübahisə nəticəsində məhkəmə qərarlarının olmasına baxmayaraq vətəndaşlar Arzu Əliyeva, Dəstəgül Əlimətova, Qiyas Məmmədovun qarşılıqlı iddialarla ali və mərkəzi icra orqanlarına, rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətləri daxil olmuşdur.
         Dənizkənarı Bulvar ərazisinin genişləndirilməsi ilə bağlı aparılan quruculuq işləri çərçivəsində, dövlət tapşırıqları olaraq evlərin sökülərək sakinlərin köçürülməsi zamanı bir sıra hallarda ayrı-ayrı vətəndaşlar hüquqverici sənədləşmə əsasında aparılmış əmlakın qiymətləndirilməsi nəticəsində qanunvericiliklə ödənilən təzminatdan daha çox məbləğ ödənilməsi istəyi ilə əsassız təkrar müraciətlər etmişlər.
Vətəndaşların qəbulu zamanı qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara əsaslandırılmış izahatların verilməsi diqqət mərkəzində saxlanmışdır.  RİH Başçısı tərəfindən  yerlərdə keçirilən çoxsaylı səyyar qəbullar və gündəlik keçirilən görüşlər zamanı rayonda görülən işlər barədə onlara ətraflı məlumat verilmiş, irəli sürülən müraciətlərə operativ baxılması, müraciətlərə əsasən görüləcək işlərin müəyyənləşdirilməsi, rayon İcra Hakimiyyəti tərəfindən daxili imkanların səfərbər olunaraq həlli vacib məsələlərə yönəldilməsi işləri davam etdirilmişdir.
 

Keçidlər