Şriftin ölçüsü :

Saytın rəngi :

Bayıl yaşayış sahəsində növbəti səyyar görüş keçirilmişdir

31 may 2019 | 16:00

Mayın 30-da rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Bayıl yaşayış sahəsi ərazisində yerləşən 163 saylı tam orta məktəbdə sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ilk olaraq sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat vermişdir.
Qəbul zamanı Bayıl yaşayış sahəsinin bir qrup sakini qəsəbə daxili yollarda asfalt örtüyünün,  su və kanalizasiya xətlərinin təmir olunması, küçələrin işıqlandırılması və bir sıra digər məsələlər ilə bağlı müraciət etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov səyyar görüşdə sakinlər tərəfindən qaldırılılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.

Keçidlər