Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunun Badamdar qəsəbəsində sakinlərlə növbəti görüş keçirildi

15 iyun 2019 | 16:00

İyunun 15-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində bir qrup sakinlə görüşərək, onların problemləri ilə maraqlanmışdır. Görüşdə RİHBA-nın məsul işçiləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri də iştirak etmişlər.
RİH başçısı Vuqar Zeynalov sakinlərə Azərbacan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Səbail rayonunda həyata keçirilən tədbirlərdən, görülən işlərdən söz açaraq, rayonun inkişaf və abadlaşdırılması perspektivləri, yaradılacaq yeni infrastruktur layihələr barədə ətraflı məlumat vermişdir.
Görüşdə sakinləri narahat edən müxtəlif məsələlərlə bağlı müvafiq izahatlar verildi və vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.
Sonda qəbulda iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Keçidlər