189 saylı orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş «Heydər Əliyev və tarix» mövzusunda tədbir keçirilmişdir
Səbail rayonu 189 saylı orta məktəbdə Ulu öndər Heydər Əliyevin 90 illik yubleyi münasibəti ilə «Heydər Əliyev və tarix» mövzusunda tədbir keçirilib. Tədbirdə 189 saylı orta məktəbin direktoru, əməkdar müəllim Ceyran Quliyeva Azərbaycanın qurucusu, ölkəmizin dünyaya tanıdılması istiqamətində böyük işlər görən Heydər Əliyev siyasətindən danışıb.
Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov vurğuladı ki, Ümummilli liderin adı hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və digər yüksək insani dəyərləri ilə unudulmaz iz buraxıb. Azərbaycan xalqının çox əsrlik tarixinin son yüzilliyində yetirdiyi dahi və ən böyük şəxsiyyəti olan Heydər Əliyevin öz xalqı və dövləti qarşısında xidmətləri misilsiz olub. Ulu öndər Azərbaycan adlı bir müstəqil dövlət qurub, onun sabitliyini, dönməzliyini təmin edib, Milli mənəvi dəyərlərimizə qayıdışın, Milli özünüdərkin əsasını qoyub. Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində xalqımız böyük uğurlar qazanıb. Ulu öndərimizin ölməz ideyaları bu gün prezident İlham Əliyevin siyasətində öz əksini tapıb.
Daha sonra məktəblilərin ifasında ümummilli lider Heydər Əliyevin xatirtəsinə həsr olunanan olunan şeirlər və onun həyatının müxtəlif tarixi anlarını əks etirən bədii kompozisiya təqdim olundu. Tədbir Ulu öndər Heydər Əliyevin həmişə qürur hissi ilə dediyi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamı ilə yekunlaşdı.