Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Minacəddin Qəhrəmanovun ailə üzvləri ilə görüş keçirilmişdir

03 iyul 2019 | 16:00

İyulun 03-də rayonun Badamdar qəsəbəsi, R.İsgəndərov küçəsi, ev 4A, mənzil 31 ünvanında 10.06.1994-cü il tarixində Ağdam rayonu, Qiyaməddin kəndi ərazisində gedən döyüşlərdə şəhid olmuş Qəhrəmanov Minacəddin İsa oğlunun ailə üzvləri ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov görüşmüşdür.
Görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “Şəhid ailələrinə göstərilən diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Hal-hazırda 12779 şəhid ailəsi, 119 nəfər 20 Yanvar şəhidi ailəsi, 11994 nəfər Qarabağ əlili, 327 nəfər 20 Yanvar hadisələri zamanı əlil olanlar Prezident təqaüdü, 49692 nəfər Qarabağ müharibəsi veteranı müavinətlə təmin olunur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövrdə mütamadi olaraq artırılıb. 10 minə yaxın şəhid vərəsəsi üçün birdəfəlik ödəmə, yəni 11 min manat vəsaitin verilməsi prosesinin əhatə dairəsi genişləndirilib. Nəticədə bu kateqoriyadan olan ailələrin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlət başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb”.
Şəhid Qəhrəmanov Minacəddin İsa oğlunun ailə üzvləri şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün şəhid ailələri adından öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər