Səbail RİH başçısı Badamdarda sakinlərlə bir sıra görüşlər keçirmiş və qəsəbə ərazisində aparılan abadlıq işləri ilə tanış olmuşdur
İyulun 6-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində şəhid Qəhrəmanov Minacəddin İsa oğlunun “Şəhidlər abidəsi”ndə xatirə barelyefinin yerləşdirilməsi ilə bağlı abidəni ziyarət edib, bununla yanaşı Heydər Əliyev Parkında və Göyüş Qarayev küçəsi 1 ünvanında bir qrup qəsəbə sakini ilə görüş keçirib, daha sonra Rafiq İsgəndərov 4 ünvanında yerləşən həyətdə aparılan abadlıq işləri ilə tanış olub.
Keçirilmiş görüşlərdə Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Badamdar qəsəbə nümayəndəliyinin əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşlərdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.
RİH başçısı sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Səbail rayonunda həyata keçirilən işlərdən söz açdı, rayonun inkişaf və abadlaşdırılması perspektivləri, yaradılacaq yeni infrastruktur layihələri barədə ətraflı məlumat verdi.
Sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdikləri tədbirlərdən razı qaldıqlarını qeyd edərək, bu diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.