Şriftin ölçüsü :

Saytın rəngi :

Bibiheybət qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirilmişdir

11 iyul 2019 | 16:00

İyulun 11-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində yerləşən 50 nömrəli tam orta məktəbdə qəsəbə sakinləri ilə növbəti səyyar görüş-qəbulu olmuşdur. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, Bibiheybət qəsəbə nümayəndəliyinin əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Ötən 6 ay ərzində Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən böyük islahatlar həyata keçirilib. Şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün birdəfəlik müavinətlərin verilməsi, tələbə təqaüdlərinin artırılması, minimum əməkhaqqının yüksəldilməsi, cəmiyyətimizi narahat edən problemli kreditlər məsələsinin həll olunması və dövlətimizin başçısının ictimai-siyasi xadimlərlə, gənclərlə, hərbçilərlə, mədəniyyət və incəsənət xadimləri ilə görüşməsi, onların problemləri ilə maraqlanması, zəlzələdən zərər çəkmiş vətəndaşların evlərinin təmir olunması, ticarət mərkəzində yanğın nəticəsində zərər çəkmiş sahibkarlara dövlətin yardım əlini uzatması və onların bütün zərərlərinin dövlət büdcəsi hesabına ödənilməsi, bir çox fərdi problemlərin yerindəcə öz həllini tapması, Azərbaycan vətəndaşlarının istək və arzularına uyğun olaraq, məsələlərin həlli Azərbaycan dövlətinin vətəndaşına verdiyi dəyərin ən bariz nümunəsidir. Ölkə başçısının tapşırığına uyğun olaraq Səbail rayonunda da aparılan abadlıq və yenidənqurma işləri və əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.
Qəbulda iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, məhəllədaxili yolların asfaltlanması, dam örtüklərinin təmiri, məhəllələrin abadlaşdırılması və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin  həlli istiqamətində RİH başçısı tərəfindən müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Sonda qəbulda iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş və yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbulların əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulamışlar.

Keçidlər