Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Atabala Həsənovun ailə üzvləri ilə görüş keçirilmişdir

11 iyul 2019 | 16:00

İyulun 12-də rayonun Badamdar qəsəbəsi, 2-ci Badamdar küçəsi, ev 18 ünvanında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 25.06.1993-cü il tarixində Ağdam rayonu, Seyidli kəndi ərazisində gedən döyüşlərdə şəhid olmuş Həsənov Atabala Hüseyn oğlunun ailə üzvləri ilə görüşmüşdür.
Görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Şəhid ailələri cəmiyyətin həssas kateqoriyasıdır və bu ailələr oğullarını Vətən uğrunda qurban veriblər. Ona görə də ölkə başçısı bu kateqoriyadan olan insanlara artıq dərəcədə həssas yanaşır. Cənab Prezident mütəmadi olaraq əlillər, şəhid ailələri ilə görüşlər keçirir. Ölkə rəhbərinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri ilə görüşməsi, onların problemlərini dinləməsi hakimiyyətin xalqla birgə olduğunun göstəricisidir. Son illər ərzində bir çox şəhid ailələri və Qarabağ müharibəsi əlilləri mənzillə təmin olunmuşlar. Bir sözlə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə bu gün, həqiqətən də, çox böyük diqqət göstərilir”.
Şəhidin qardaşı Həsənov Əlipənah Hüseyn oğlu qeyd etmişdir ki: “İmzalanan fərman və sərəncamlar, görülən bütün işlər bunu bir daha sübut edir ki, biz şəhid ailələri ölkə başçısının daimi diqqətindəyik. Bizim dövlətimiz gündən-günə inkişaf edir, möhkəmlənir, qüdrətlənir. Biz şəhid ailələri bunu gördükcə böyük qürur hissi keçiririk. Şəhid ailələrinə daim göstərilən diqqətə və qayğıya görə ölkə başçımıza və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk”.

Keçidlər