Şriftin ölçüsü :

Saytın rəngi :

Bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi mövzusunda Səbail rayonunda tədbir keçirilmişdir

17 iyul 2019 | 16:00

İyulun 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı Qaradağ, Nəsimi, Nərimanov və Yasamal rayonları üzrə maraqlı tərəflərin iştirakı ilə Səbail Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və yerli idarəetmə orqanlarının nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında 2018-ci il 1 noyabr tarixli Sərəncamından irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş təqdimat keçirilmişdir.
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Novruz Quliyev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il noyabr 1-də imzaladığı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”dan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş məlumat vermişdir.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şixəmmədov bildirmişdir ki: “Dövlət başçısının imzaladığı Sərəncamlardan irəli gələn vəzifələrin uğurla icra edilməsi Səbail rayonu üçün  xüsusi əhəmiyyət kəsb edir. Səbail rayonunda da bərk məişət tullantılar əsaslı şəkildə ətraf mühiti çirkləndirir. Rayonumuzun bütün ərazisində ətraf muhitin bərk məişət və plastik tullantılarla çirklənmənin qarşısının alınması üçün daha məqsədyönlü işlər aparılır, əhali arasında, təhsil müəssisələrində maarifləndirmə tədbirləri genişləndirilir”.
Milli Strategiyanın yerinə yetirilməsi ölkə ərazisində bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı toplanılma, daşınma və zərərsizləşdirilmə sisteminin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, əlavə xammal bazarının formalaşdırılmasına, təkrar emal sahələrinin qurulmasına, təkrar istehsal sahəsinə marağı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaradılmasına, dövlət büdcəsindən bu sahəyə ayrılan subsidiyaların tədricən azaldılmasına, müasir texnologiyalar əsasında yeni müəssisələr yaradılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verəcəkdir.

Keçidlər