Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda sakinlərlə növbəti səyyar qəbul keçirilmişdir

18 iyul 2019 | 16:00

İyulun 18-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən 239 nömrəli tam orta məktəbdə qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, Badamdar qəsəbə nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri və qəsəbə sakinləri iştirak etmişlər.
Qəbulun gedişində RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır. Ötən yarım ildə ölkə rəhbəri tərəfindən imzalanan fərman və sərəncamların, həyata keçirilən uğurlu layihələrin vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına yönəlmişdir. Vətəndaşların sosial müdafiəsi istiqamətində həyata keçirilən islahatlar onu göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi vətəndaşların yanındadır və onun siyasətinin mərkəzində insan amili dayanır”. RİH başçısı rayonda aparılan abadlıq quruculuq işlərindən, həyata keçirilən infrasturuktur layihələrindən, əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlərdən söz açmış, vətəndaş müraciətlərinə baxılması, onların qanuni hüquqlarının qorunmasının gündəlik nəzarətdə saxlanıldığını vurğulayaraq  səyyar görüş-qəbulda iştirak edən  sakinləri fəal olmağa çağırmışdır.
Səyyar görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi ilə əlaqədar RİH başçısı tərəfindən aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşdiyini qeyd edərək, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər