Şəhid Tənhan Zülfüqarovun ailə üzvləri ilə görüş keçirilmişdir
İyulun 23-də rayonun Badamdar qəsəbəsi, 2-ci Badamdar küçəsi, ev 9 ünvanında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 1994-cü ildə Füzuli rayonu ətrafında gedən döyüşlərdə şəhid olmuş Zülfüqarov Tənhan Cavanşir oğlunun ailə üzvləri ilə görüşmüşdür.
Görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Ulu öndər Heydər Əliyev hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli Liderimizin bu siyasəti hazırda Prezidentimiz cənab İlham Əliyev və birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva vətərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Ölkə prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın iştirakı ilə şəhid ailələri ilə görüş keçirməsi, onlarla səmimi söhbət etməsi, müavinətlərlə bağlı əlavə tədbirlər görməsi, birdəfəlik müavinətin illər öncə onu almış şəhid ailələrinə də verilməsi yönündə qərarı bütün azərbaycanlıları, bütün xalqımızı ürəkdən sevindirdirir, bütün bunlar bir daha ölkə prezidentinin, Azərbaycan dövlətinin şəhid ailələrinə, şəhidlərə dərin ehtiramının, diqqət və qayğısının növbəti əyani təzahürüdür”.
Şəhidin atası Zülfüqarov Cavanşir Abdulbağı oğlu qeyd etmişdir ki: “Mən bir şəhid atası kimi özümə fəxr bilirəm ki, oğlum torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olmuşdur. Prezidentimizdən çox razıyıq ki, biz şəhid ailələrinə həmişə qayğı göstərir. Şəhid ailələrinə göstərilən bu diqqətə görə ölkə başçımıza və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk".