Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində şəhid Hüseynov Vasif Qadir oğlunun məzarı ziyarət edilmiş və şəhidin ailə üzvləri ilə görüş keçirilmişdir

25 iyul 2019 | 16:00

İyulun 20-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda şəhid Hüseynov Vasif Qadir oğlunun məzarı və onun ətrafında aparılan abadlıq işlərinin başa çatması ilə bağlı şəhidin məzarını ziyarət etmiş, eyni zamanda şəhidin ailə üzvlərinin yaşadığı Badamdar qəsəbəsi, İbrahim Xəlil küçəsi 27 saylı yaşayış evinin həyətində aparılan təmir işlərinin yekunlaşması ilə əlaqədar şəhidin ailə üzvləri ilə görüşmüşdür.
Şəhidin ailə üzvləri ilə görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Cənab Prezident cəmiyyətimizin həssas təbəqəsi olan şəhid ailələrinə, eləcə də qaçqın və məcburi köçkünlərə qarşı hər zaman yüksək diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı öz çıxışlarında dövlətin siyasətinin sosial yönümlü olmasını və bu siyasətdə şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, eləcə də əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasının mühüm yer tutduğunu dəfələrlə bəyan edib. Prezident dediklərini həm də əməldə göstərməklə hər kəsin böyük sevgisini, rəğbətini qazanıb. Cənab Prezident mütəmadi olaraq əlillər, şəhid ailələri ilə görüşlər keçirir. Ölkə rəhbərinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri ilə görüşməsi, onların problemlərini dinləməsi bir daha onu göstərir ki, bu insanlara dövlət rəhbərliyi tərəfindən böyük diqqət və qayğı var”.
Şəhidin anası Hüseynova Zəkiyyə İbrahim qızı qeyd etmişdir ki: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci   vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Ölkə rəhbərliyinin şəhid ailələrinə göstərdiyi qayğını biz öz üzərimizdə hiss edir və bundan qürur hissi keçiririk. Bu tədbirlər ildən-ilə genişlənir, çoxalır və biz bunları gördükcə sevinirik, Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevadan çox razıyıq”.
Qeyd edək ki, Səbail RİH başçısı Vuqar Zeynalov iyulun 6-da şəhid Hüseynov Vasif Qadir oğlunun ailə üzvləri ilə görüşdükdən sonra şəhidin məzarını və ətraf ərazini, bununla yanaşı şəhidin ailə üzvlərinin yaşadığı evin həyətində abadlıq işlərinin aparılması ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.

Keçidlər