Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İntiqam Abdullayevin ailə üzvləri ilə görüş keçirilib

26 iyul 2019 | 16:00

İyulun 25-də rayonun Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 16, mənzil 34 ünvanında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 1994-cü ilin fevral ayında Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuş Abdullayev İntiqam Cavad oğlunun ailə üzvləri ilə görüşmüşdür.
Görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirmişdir: “Dövlət başçısı tərəfindən ötən dövr ərzində imzalanan fərman və sərəncamlar bu istiqamətdə əhəmiyyətli addımların atılmasına şərait yaradıb”. RİH başçısı müharibə əlilləri və şəhid ailələrinin dövlətimiz, xalqımız qarşısında böyük xidmətləri olduğunu, bu kateqoriyalardan olan vətəndaşlara cəmiyyətimizdə daim yüksək hörmət və ehtiram göstərildiyini qeyd etmişdir.
Şəhidin ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinin rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə etdiklərini, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçımıza və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.

Keçidlər