Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində sakinlərlə növbəti görüş keçirilmişdir

27 iyul 2019 | 16:00

İyulun 27-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi 11/28 ünvanında 19, 21, 23 və 25 saylı binaların sakinləri ilə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, Badamdar qəsəbə nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
RİH başçısı Vuqar Zeynalov sakinlərə Azərbacan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Səbail rayonunda həyata keçirilən tədbirlərdən, görülən işlərdən söz açaraq, rayonun inkişaf və abadlaşdırılması perspektivləri, yaradılacaq yeni infrastruktur layihələr barədə ətraflı məlumat vermişdir.
Görüşdə sakinlərin şikayət və təklifləri dinlənilmiş, onları narahat edən müxtəlif məsələlərə aydınlıq qətirilmiş, müvafiq izahatlar verilmiş və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Sonda sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər və yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulamışlar.

Keçidlər