Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin problemlərinin öyrənilməsi məqsədilə yerlərdə növbəti görüşlər təşkil olunmuşdur

29 iyul 2019 | 16:00

Yerlərdə əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən son günlər ərzində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Əhməd Cavad küçəsi ev 22, Həsən bəy Seyidbəyli küçəsi döngə 1, Səid Rüstəmov küçəsi ev 10, Murtuza Muxtarov küçəsi ev 9 və Yusif İbrahimov küçəsi ev 7 ünvanlarında, bununla yanaşı rayonun 20-ci yaşayış sahəsi, Y.Mürsəlov və G.Əliyev küçələrində rayon sakinləri ilə görüşlər keçirilmişdir. Görüşlərdə rayon sakinləri ilə yanaşı, RİHB-nın müavinləri, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri, rayonun xidmət sahələrinin, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
Görüşlərdə çıxış edən sakinlər çoxmərtəbəli yaşayış binalarında dam örtüklərinin yenilənməsi və fasadlarının təmiri, uşaqların asudə vaxtının səmərəli təşkili üçün yaşayış binalarının həyətlərində oyun meydançalarının yaradılması, məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, içməli suyun fasiləsiz olaraq verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması və bir sıra digər sosial məsələlərlə bağlı müraciət etmişlər. Görüşlərdə səsləndirilən bir çox problemlərin həlli ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Görüşlərdə RİH başçısı Vuqar Zeynalov sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial təminatının gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində imzalanan yeni fərman və sərəncamlar barədə məlumat vermiş, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amilinin dayandığını onların nəzərinə çatdırmış, eyni zamanda Cənab Prezidentin tapşırığına uyğun olaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bu cür görüşlərin və fərdi qəbulların mütəmadi olaraq təşkil olunmasının onların problemlərinin öyrənilməsi və aradan qaldırılmasına xidmət etdiyini bildirmişdir.
Səbail RİH tərəfindən təşkil olunmuş görüşlərdə 250-dən çox sakin dinlənilmişdir. Sakinlər yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Rayon sakinlərini bu görüşlərdə iştirak etməyə dəvət edirik.

Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti
Ünvan: AZ–1000, Bakı şəhəri, Üz.Hacıbəyov 30
Tel:  (+99412) 493-10-55
Fax: (+99412) 498-71-47
e-Mail: mail@sabail-ih.gov.az
https:  www.facebook.com/sabailrih/


 

Keçidlər