Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə sakinlərlə növbəti səyyar görüş-qəbul təşkil olunmuşdur

29 avqust 2019 | 16:00

Avqustun 29-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Bayıl yaşayış sahəsi ərazisində yerləşən 51 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədri və rayon sakinləri iştirak etmişlər.
Səyyar qəbulda RİH başçısı çıxış edərək respublikamızın və rayonumuzun bu günkü hərtərəfli inkişafı barədə ətraflı məlumat verərək bildirmişdir ki: “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramı”nın icrasının nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, sosial layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində cari ildə imzaladığı fərman və sərəncamlar hər bir ailəni əhatə etmişdir”.
Görüşdə sakinlər məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, kanalizasiya xəttinin təmir olunması, mənzil şəraitinin yaxşılaşdırılması və bir sıra digər sosial məsələlərlə bağlı müraciət etmişlər. Qəbul zamanı səslənən müraciətlər dinlənildikdən sonra RİH başçısı tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə qaldırılan məsələlər ilə bağlı tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Görüşün sonunda sakinlər ölkə başçısının sosial-iqtisadi inkişaf ilə bağlı imzaladığı hər bir fərman və sərəncamı minnətdarlıq hissi ilə qarşıladıqlarını qeyd etmişlər. Səbail rayonunda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərinə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

Keçidlər