Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində sakinlərlə növbəti görüş keçirilmişdir

31 avqust 2019 | 16:00

Vətəndaşların problemlərinin yerində öyrənilməsi və həlli məqsədi ilə avqustun 31-də Badamdar qəsəbəsi, N.Paşayev küçəsi 12 və S.Məmmədov küçəsi 11 və 11A ünvanlarında yaşayan sakinlərlə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının və  Badamdar qəsəbə nümayəndəliyinin əməkdaşları, eyni zamanda rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Səbail RİH başçısı Vuqar Zeynalov görüşdə iştirak edən sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səbail rayonunda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən məlumat vermişdir. Görüşdə iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, məhəllədaxili yolların asfaltlanması, dam örtüklərinin təmiri, məhəllələrinin abadlaşdırılması və digər sosial problemlərlə bağlı müraciət etmişlər. Qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onlara müvafiq izahatlar verilmiş, müraciətlər qeydiyyata alınaraq onların həlli istiqamətində aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər