Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə abadlıq-quruculuq işləri davam edir

03 sentyabr 2019 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Səbail rayonunda abadlıq və quruculuq işləri davam edir. Sentyabrın 3-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov rayonun Nizami küçəsi 14, Yusif İbrahimli küçəsi 7 və Həsən Abdullayev küçəsi 15 ünvanlarında, bununla yanaşı 20-ci yaşayış sahəsi, Gülbala Əliyev küçəsində aparılan abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olmuş, işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün müvafiq tapşırıqlar vermişdir. Eyni zamanda RİH başçısı Vüqar Zeynalov 20-ci yaşayış sahəsi, Gülbala Əliyev küçəsində yaşayan bir qrup sakinlə görüş keçirmişdir.  Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onlara müvafiq izahatlar verilmiş, müraciətlər qeydiyyata alınaraq onların həlli istiqamətində aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər