Şriftin ölçüsü :

Saytın rəngi :

132-134 nömrəli Təhsil Kompleksində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir

05 sentyabr 2019 | 16:00

Sentyabrın 5-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun İstiqlaliyət küçəsi 11/13 ünvanında yerləşən 132-134 nömrəli Təhsil Kompleksində sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Qəbulun gedişində RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır. 2019-cu ildə ölkə rəhbəri tərəfindən imzalanan fərman və sərəncamlar, həyata keçirilən uğurlu layihələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına yönəlmişdir. Vətəndaşların sosial müdafiəsi istiqamətində həyata keçirilən islahatlar onu göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi vətəndaşların yanındadır və onun siyasətinin mərkəzində insan amili dayanır”. RİH başçısı rayonda aparılan abadlıq quruculuq işlərindən, həyata keçirilən infrasturuktur layihələrindən, əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlərdən söz açmışdır.
Səyyar görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi ilə əlaqədar RİH başçısı tərəfindən aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşdiyini qeyd edərək, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər