Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda payız-qış mövsümünə hazırlıq ilə əlaqədar müşavirə keçirildi

09 sentyabr 2019 | 16:00

Sentyabrın 9-da Səbail Rayon İcra Hakimiyyətində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında rayonun təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə keçirilən tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər  Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov, “Bakı Şəhər Əsaslı Təmir və Tikinti” MMC-nin sədri Abid Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları və bələdiyyə sədrləri iştirak etmişlər.
Tədbirdə cıxış edən Səbail RİH başçısı Vuqar Zeylanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı naminə həyata keçirilən köklü islahatlardan, geniş vüsət alan abadlıq-quruculuq işlərindən danışmış, 2019-2020¬-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat vermişdir.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev və Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı tikinti və təmir idarəsinin rəisi Abid Əliyev payız-qış mövsümündə, xüsusilə qeyri-sabit hava şəraitində rayonun təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışmasının, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatların müəyyənləşdirilməsinin, yollarda yağıntı sularını axıdan drenaj sistemlərinin işlək, kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikaların saz vəziyyətdə olmasının, kifayət qədər inventar, qum və duz tədarüklərinin görülməsinin və işçilər arasında xüsusi iş qrafikinin təsdiq olunmasının, sakinlərin elektrik enerjisi, təbii qaz, su, istilik təchizatı və digər problemlərlə üzləşməməsi üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.
Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Hazırlıq işləri müəyyən olunmuş qrafik üzrə aparılmalı, rayonun bütün təsərrüfat obyektlərində çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülməli, mövcud vəziyyət təhlil edilməli və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlər yüksək səviyyədə həyata keçirilməlidir”.

Keçidlər