Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirilmişdir

12 sentyabr 2019 | 16:00

Sentyabrın 12-də rayonun Badamdar qəsəbəsində yerləşən 329 saylı tam orta məktəbdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması istiqamətində həyata keçirilən tədbirlər barədə sakinlərə məlumat vermişdir.
Badamdar qəsəbəsinin bir qrup sakini qəsəbə daxili yollarda asfalt örtüyünün təmir olunması, içməli su və kanalizasiya xətlərinin çəkilməsi, mənzil şəraitinin yaxşılaşdırılması və bir sıra digər məsələlər ilə bağlı müraciət etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov səyyar görüşdə sakinlər tərəfindən qaldırılılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevə və Birinci   vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər