Milli qəhrəman Rafiq Nəsrəddinovun ailə üzvləri ilə görüş keçirilmişdir
Sentyabrın 13-də Lermontov küçəsi, ev 27a ünvanında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 06.09.1992-ci il tarixində Ağdərə rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuş Milli Qəhrəman Nəsrəddinov Rafiq Hüseyn oğlunun ailə üzvləri ilə görüşmüşdür.
Görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Şəhid ailələri cəmiyyətin həssas kateqoriyasıdır və bu ailələr doğmalarını Vətən uğrunda qurban veriblər. Ulu öndər Heydər Əliyev hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli Liderimizin bu siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva vətərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Cənab Prezident mütəmadi olaraq əlillər, şəhid ailələri ilə görüşlər keçirir. Ölkə rəhbərinin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşməsi, onların problemlərini dinləməsi hakimiyyətin xalqla birgə olduğunun göstəricisidir. Son illər ərzində bir çox şəhid ailələri və Qarabağ müharibəsi əlilləri mənzillə təmin olunmuşlar. Bir sözlə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə bu gün, həqiqətən də, çox böyük diqqət göstərilir”.
Milli Qəhrəman Nəsrəddinov Rafiq Hüseyn oğlunun həyat yoldaşı Əsgərova Sevil Bəkir qızı şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya bütün şəhid ailələri adından öz minnətdarlığını bildirmişdir.