Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə yerlərdə görüşlər keçirilmişdir

14 sentyabr 2019 | 16:00

Əhali ilə yerlərdə görüşlərin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev ilə birgə sentyabrın 14-də Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində və 20-ci yaşayış sahəsi, E.Əzizov küçəsində rayon sakinləri ilə görüşlər keçirmişlər. Görüşlərdə rayon sakinləri ilə yanaşı, RİHB-nın müavinləri, rayonun xidmət sahələrinin, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşlərdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Prezident İlham Əliyev tərəfindən əhalinin sosial təminatının gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində imzalanan yeni fərman və sərəncamlar barədə məlumat vermiş, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amilinin dayandığını sakinlərin nəzərinə çatdırmışdır.
Görüşlərdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini qeyd etmişlər.

Keçidlər