Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda abadlıq-quruculuq işləri davam edir

16 sentyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Səbail rayonunda abadlıq və quruculuq işləri davam edir. Sentyabrın 14-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın şöbə müdirləri ilə birgə rayonun 20-ci yaşayış sayəsi, Gülbala Əliyev küçəsində, bununla yanaşı A.İsmayılov küçəsində yerləşən “Fəhlə əlləri” parkında, eyni zamanda “Abad Məhəllə” layihəsi çərçivəsində Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi 4 ünvanında və Bibiheybət qəsəbəsində N.Quliyev küçəsi və Məktəbli küçəsi boyunca aparılan əsaslı yenidənqurma və abadlıq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olmuş, işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün müvafiq tapşırıqlar vermişdir. 

Keçidlər