Bayıl yaşayış sahəsində növbəti səyyar görüş-qəbulu keçirilmişdir
Sentyabrın 17-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Bayıl yaşayış sahəsi, A.Nəsirov küçəsi 5 ünvanında yerləşən 49 saylı "İntellekt" məktəb-liseyində sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. Səyyar görüşdə sakinlərlə yanaşı RİHB-nın müavinləri, RİHBA-nın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, bələdiyyə sədri və 2 saylı SİƏD üzrə nümayəndəliyin əməkdaşları iştirak etmişlər.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən vətəndaşlarımızın rifahının daha da yüksəlməsi naminə atılan addımlar barədə geniş məlumat vermişdir.
Qəbulda sakinlərin şikayət və təklifləri dinlənilmişdir. Müraciətlər əsasən məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, küçə və yolların işıqlandırılması, kanalizasiya xəttinin təmir olunması, mənzil şəraitinin yaxşılaşdırılması, sənədsiz evlərin sənədləşdirilməsi və digər mövzularla bağlı olmuşdur. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, digər müraciətlər ilə əlaqədar aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Səbail rayonunda aparılan abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyeva minnətdarlıqlarını bildirmişlər.