Sakinlərin problemlərinin öyrənilməsi məqsədilə yerlərdə növbəti görüşlər təşkil olunmuşdur
Yerlərdə əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Rəsul Rza küçəsi 2 ünvanında, Bayıl yaşayış sahəsi, F.Qurbanov və Buxta küçələrində rayon sakinləri ilə görüşlər keçirilmişdir. Görüşlərdə rayon sakinləri ilə yanaşı, RİHB-nın müavinləri, RİHBA-nın şöbə müdirləri, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri, rayonun xidmət sahələrinin, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
Görüşlərdə çıxış edən sakinlər çoxmərtəbəli yaşayış binalarında dam örtüklərinin yenilənməsi və fasadlarının təmiri, uşaqların asudə vaxtının səmərəli təşkili üçün yaşayış binalarının həyətlərində oyun meydançalarının yaradılması, məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, içməli suyun fasiləsiz olaraq verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması və bir sıra digər sosial məsələlərlə bağlı müraciət etmişlər.
Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşlərdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.
RİH başçısı sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Səbail rayonunda həyata keçirilən işlərdən söz açdı, rayonun inkişaf və abadlaşdırılması perspektivləri, yaradılacaq yeni infrastruktur layihələri barədə ətraflı məlumat verdi.
Sakinlər yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Rayon sakinlərini bu görüşlərdə iştirak etməyə dəvət edirik.
Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti
Ünvan: AZ–1000, Bakı şəhəri, Üz.Hacıbəyov 30
Tel: (+99412) 493-10-55
Fax: (+99412) 498-71-47
e-Mail: mail@sabail-ih.gov.az
https: www.facebook.com/sabailrih/