Şriftin ölçüsü :

Saytın rəngi :

Bibiheybət qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirilmişdir

19 sentyabr 2019 | 16:00

Sentyabrın 19-da Bibiheybət qəsəbəsi, Məktəbli küçəsi 20 ünvanında yerləşən 50 nömrəli tam orta məktəbdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. Səyyar görüşdə sakinlərlə yanaşı RİHB-nın müavinləri, RİHBA-nın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, bələdiyyə sədri və Bibiheybət qəsəbəsi İƏD üzrə nümayəndəliyin əməkdaşları iştirak etmişlər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov bu cür görüşlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütamadi olaraq keçirildiyini sakinlərin diqqətənə çatdırmışdır. Eyni zamanda qəbulun gedişində ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən vətəndaşlarımızın rifahının daha da yüksəlməsi naminə atılan addımlar barədə geniş məlumat vermişdir.
Bibiheybət qəsəbəsinin bir qrup sakini qəsəbəyə fasiləsiz olaraq içməli suyun verilməsi, qaz və kanalizasiya xətlərinin təmir olunması, bankomatın yerləşdirilməsi, sakinlərin istirahət etməsi üçün parkın salınması, sənədsiz evlərin sənədləşdirilməsi və bir sıra digər məsələlər ilə bağlı müraciət etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov səyyar görüşdə sakinlər tərəfindən qaldırılılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizdə, o cümlədən Bibiheybət qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər