Badamdar qəsəbəsində növbəti səyyar qəbul-görüş keçirilmişdir
Sentyabrın 24-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Badamdar qəsəbəsi, Gənclik küçəsi 1 ünvanında yerləşən 236 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, RİHB-nın müavinləri, RİHBA-nın şöbə müdirləri, rayon üzrə fəaliyəət göstərən xidmət sahələrinin rəhbərləri, RİHB-nın Badamdar qəsəbə İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri və qəsəbə sakinləri iştirak etmişlər.
Səyyar görüşdə çıxış edən RİH başçısı Vuqar Zeynalov sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Səbail rayonunda həyata keçirilən işlərdən söz açmış, rayonun inkişaf və abadlaşdırılması perspektivləri, yaradılacaq yeni infrastruktur layihələri barədə ətraflı məlumat vermişdir.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial təminatının gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində imzalanan yeni fərman və sərəncamlar barədə məlumat verdi, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amilinin dayandığını sakinlərin nəzərinə çatdırmışdır.
Görüşdə iştirak edən sakinlər fasiləsiz olaraq içməli suyun verilməsi, kanalizasiya xətlərinin təmir olunması, dam örtüklərinin təmiri, sənədsiz evlərin sənədləşdirilməsi, məhəllələrinin abadlaşdırılması və bir sıra digər məsələlər ilə bağlı müraciət etmişlər.
Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşlərdə RİH başçısı Vuqar Zeynalov tərəfindən sakinləri narahat edən məsələlərə aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Səbail rayonunda aparılan abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyeva minnətdarlıqlarını bildirmişlər.