Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülərə sertifikatlar təqdim edilmişdir

26 sentyabr 2019 | 16:00

Sentyabrın 26-da Səbail Rayon İcra Hakimiyyətində rayonun gənc könüllülərinin müddətinin başa çatması ilə bağlı görüş keçirilmişdir.
Görüşdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov dövlətin həyata keçirdiyi gənclər siyasətindən, ölkə başçısının gənclərə gösdərdiyi diqqət və qayğıdan danışaraq bildirmişdir ki: “Müvafiq qanunvericilik bazası olan könüllülük hərəkatı hər bir gəncə özünü ifadə etmək, gələcək əmək fəaliyyəti üçün təcrübə toplamaq və yeni dostlar qazanmaq imkanı verir. Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərməklə gənclərimiz insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə görür, həm də bu prosesin daha səmərəli təşkilinə öz töhfələrini verirlər. İki aylıq könüllülük fəaliyyəti dövründə gənclər aparatın struktur bölmələrində konkret tapşırıqlar yerinə yetirmiş, dövlət qulluğunun səciyyəvi xüsusiyyətləri ilə yaxından tanış olmuş, öz biliklərini artırmış və vətəndaşların müraciətləri ilə bağlı iş təcrübəsi əldə etmişlər”.
Tədbirdə çıxış edən könüllülər gənclərin hərtərəfli inkişafına dövlət qayğısını yüksək dəyərləndirmiş, Səbail Rayon İcra Hakimiyyətində onlara yaradılan şəraitə və göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, burada qazandıqları təcrübənin böyük əhəmiyyət daşıdığını vurğulamışlar.
Sonda Səbail Rayon İcra Hakimiyyətində təcrübə keçmiş könüllü gənclərə sertifikatlar təqdim olunmuş və xatirə şəkili çəkdirilmişdir.

Keçidlər