Şriftin ölçüsü :

Saytın rəngi :

189-190 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar görüş keçirilmişdir

03 oktyabr 2019 | 16:00

Oktyabrın 3-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun     189-190 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Səyyar görüşdə RİHB-nın müavinləri, RİHBA-nın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, 1 saylı SİƏD üzrə nümayəndəliyin əməkdaşları, bələdiyyə sədri və rayon sakinləri iştirak etmişlər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər bir daha təsdiqləyir ki, dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar sosial-iqtisadi sahədə aparılan əsaslı islahatlar ölkə rəhbərinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərin davamıdır”.
Qəbulda iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, qəzalı vəziyyətdə olan eyvanların təmir olunması, su və işıq problemi, yeni asfalt örtüyünün salınması və bir sıra digər sosial məsələlərlə bağlı müraciət etmişlər.
Qəbul zamanı səslənən müraciətlər dinlənildikdən sonra RİH başçısı tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə qaldırılan məsələlər ilə bağlı tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Sonda qəbulda iştirak edən sakinlər yerlərdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat və əlverişli şəraitdən razılıqlarını ifadə etmiş, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər