Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda sakinlərlə növbəti səyyar qəbul keçirilmişdir

07 noyabr 2019 | 16:00

Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən noyabr ayının 7-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, 2 saylı Texniki humanitar liseyində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Səyyar qəbulda RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Bakı şəhərində 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə 10 milyon manat vəsait ayrılmışdır. Ölkə rəhbərinin digər sərəncamı ilə Bakı şəhərinin lift təsərrüfatını inkişaf etdirmək nəqsədilə 32 milyon manat vəsait ayrılmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri xanım Leyla Əliyevanın təşəbbüs və dəstəyi ilə “Abad Həyət” layihəsi çərçivəsində 273 nümunəvi məhəllə abadlaşdırılmışdır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Aparılan bu siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar ölkə başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır”.
Səyyar qəbulda iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, məhəllədaxili yolların asfaltlanması, dam örtüklərinin təmiri, məhəllələrin abadlaşdırılması və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
Görüş zamanı sakinlər tərəfindən səsləndirilən problemlər dinlənilmiş, onlara  müvafiq izahatlar verilmiş, qaldırılan məsələlərin həlli üçün RİH başçısı tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilərək onların həlli nəzarətə götürülmüşdür.
Görüşün sonunda sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

Keçidlər