Şriftin ölçüsü :

Saytın rəngi :

Bibiheybət qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirilmişdir

14 noyabr 2019 | 16:00

Noyabrın 14-də Bibiheybət qəsəbəsi, Məktəb meydanı 40 ünvanında yerləşən 50 nömrəli tam orta məktəbdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Səyyar görüşdə sakinlərlə yanaşı RİHB-nın müavinləri, RİHBA-nın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, bələdiyyə sədrləri və SİƏD üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov bu cür görüşlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütamadi olaraq keçirildiyini sakinlərin diqqətənə çatdırmışdır. Eyni zamanda qəbulun gedişində ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlarımızın rifahının daha da yüksəlməsi naminə atılan addımlar barədə söhbət aparılmışdır.
Bibiheybət qəsəbəsinin bir qrup sakini qəsəbəyə fasiləsiz olaraq içməli suyun verilməsi, qaz və kanalizasiya xətlərinin təmir olunması, dam örtüklərinin təmir olunması, sənədsiz evlərin sənədləşdirilməsi və bir sıra digər məsələlər ilə bağlı müraciət etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov səyyar görüşdə sakinlər tərəfindən qaldırılılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizdə, o cümlədən Bibiheybət qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər