Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Uşaq Hüquqları Aylığı çərçivəsində müxtəlif tədbirlər keçirilmişdir

15 noyabr 2019 | 16:00

Hər il olduğu kimi, bu il də 20 oktyabr - 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr - Ümumdünya Uşaqlar günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ölkədə “Uşaq hüquqları aylığı” elan edilib.
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən “Uşaq hüquqları aylığı” çərçivəsində uşaqların fəal iştirakı ilə uşaq hüquqları mövzusunda müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilmiş, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunmuşdur.  Tədbirlərdə müəllim və şagirdlərlə yanaşı Səbail Rayon İcra Hakimiyyətinin və Səbail Rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları iştirak etmişlər.
Görüşlərdə iştirakçılara yetkinlik yaşına çatmayanlara diqqətin artırılması və hüquqlarının təmini vəziyyətinin daha da yaxşılaşdırılması, ölkədə bu sahədə görülən işlər haqqında geniş məlumat verilmiş, uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və milli qanunvericilik, BMT-nin Uşaq Hüquqları Konvensiyası, Pekin qaydaları və Ər-Riyad təlimatları əsasında müəyyən olunmuş hüquq və vəzifələr, bu hüquqların müdafiə mexanizmləri, həyata keçirilməli olan preventiv tədbirlər haqqında məlumatlar diqqətə çatdırılmışdır.
Görüşlərdə uşaqların çoxsaylı sualları ətraflı cavablandırılmış, onlara hüquqları izah edilmiş, qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilmişdir.

Keçidlər