Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayon məktəbliləri "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında iştirak edirlər

18 noyabr 2019 | 16:00

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən Səbail rayonunun 40 nəfər məktəblisi Gəncə-Şəmkir-Göygöl  marşrutu ilə yola salınmışlar.
Səbail Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunmuş yola salınma mərasimində RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın şöbə müdirləri, məktəblilər, valideynlər və rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir Azərbaycanın Dövlət Himninin sədaları altında başlanmışdır.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vugar Zeynalov bildirmişdir ki: “Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, ölkə başçısı cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır”.
Tədbirdə valideyinlər və şagirdlər çıxış edərək doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyətindən danışmış,  onlara  göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə  və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda, məktəblilərlə xatirə şəkilləri çəkdirilmişdir.
Qeyd edək ki, tur-aksiya iştirakçılarının Gəncə şəhərinin tarixi məkanlarına - Cavadxan məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Çökək hamama, Xan bağına, Qədim Qala divarlarına, “İmamzadə” kompleksinə, Comərd Qəssab türbəsinə, Nizami Gəncəvi məqbərəsinə, həmçinin Gəncə Dövlət Filarmoniyasının yeni binasına və Gəncə Bulvarına, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”nə, “Abidələr” parkına, Alman kilsəsinə, Şəmkir Aqroparkına, Göygöl rayonunda Alman kirxasına, sonuncu alman Viktor Klaynın ev-muzeyinə, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiyaları təşkil ediləcəkdir.

 

Keçidlər