Səbail rayon məktəbliləri "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasından zəngin təəssüratlarla qayıdıblar
Noyabrın 21-də “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində qərb bölgəsinə səfər etmiş Səbail məktəbliləri geri dönmüşlər.
Tur-aksiyadan geri qayıdan məktəbliləri Səbail Rayon İcra Hakimiyyətində RİH başçısının müavini Eldar Ağayev, RİHBA-nın məsul əməkdaşları, şagirdlərin valideynləri və müəllimləri qarşılamışlar. Görüş zamanı məktəblilər səfər çərçivəsində çəkdirdikləri foto və video görüntülərdən ibarət qısa təqdimat etmişlər. Xatirələrini bölüşən məktəblilər bu cür layihəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür etmiş və layihənin davamlı olması ilə bağlı arzularını bildirmişlər. Təəssüratlarında şagirdlər gəzdikləri məkanları, tarixi yerləri çox bəyəndiklərini və bütün bunların onların xatirələrində əbədi qalacaqlarını vurğulamışlar.