Şriftin ölçüsü :

Saytın rəngi :

Bayıl yaşayış sahəsində növbəti səyyar qəbul və qaldırılan məsələlərin həlli ilə bağlı işçi qaydada müşavirə keçirilmişdir

28 noyabr 2019 | 16:00

Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə noyabrın 28-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Bayıl yaşayış sahəsi, Ö.F.Nemanzadə küçəsi 3 ünvanında yerləşən 51 nömrəli tam orta məktəbdə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Səyyar görüşdə RİH başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri, kommunal xidmətlərin rəhbərləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri və rayon sakinləri iştirak etmişlər.
Səyyar qəbulda RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Son illər ərzində bütün sahələrdə görülən işlər, qazanılan uğurlar bir daha onu göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Bu müddət ərzində Azərbaycanı yolundan döndərməyə, xalqı aldatmağa yönələn cəhdlər olmuşdur. Lakin dövlət başçısının liderlik xüsusiyyətləri, siyasi iradəsi, möhkəm dövlət-xalq birliyi, vətəndaşların ölkə rəhbərinin ətrafında sıx birləşməsi və ümumi gücün vahid məqsədə yönləndirilməsi sayəsində ölkəmiz bütün sınaqlardan uğurla çıxmışdır. Bu səbəbdəndir ki, Azərbaycan öz yolunda sürətlə irəliləyir və ölkənin nailiyyətlərinin miqyası daha da genişlənir”. RİH başçısı Vuqar Zeynalov görüşdə iştirak edən sakinlərə dövlət başçısının tapşırığına əsasən Səbail rayonunda aparılan abadlıq və yenidənqurma işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də geniş məlumat vermişdir.
Görüşdə sakinlər məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, küçələrin işıqlandırılması, içməli suyun fasiləsiz olaraq verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması və bir sıra digər məsələlərlə bağlı müraciət etmişlər.
Sakinlər vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qəbul başa çatdıqdan sonra rayonun idarə və təşkilat rəhbərlərinin iştirakı ilə işçi qaydada keçirilən müşavirədə RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür. Eyni zamanda RİH başçısı qış mövsümünə hazırlığın nəticələri ilə əlaqədar Səbail rayonunda görülən və görülməsi nəzərdə tutulan işləri xüsusi vurğulayaraq qeyd etmişdir ki: “Bu işlər yüksək səviyyədə həll olunmalı və sakinlərin qış fəslində rahatlığı təmin edilməlidir. Səbail rayonunda Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq bir çox işlər görülüb və bu işlər hal-hazırda da davam edir. Bir sözlə, sürətli sosial-iqtisadi inkişafın tempinin aşağı düşməməsini təmin etmək üçün ilin sonuna qədər görüləcək işlər çoxdur. Biz bu işlərin hamısını Prezident İlham Əliyevin rəhbərliyi altında, onun verdiyi tapşırıqları və göstərişlərə əməl edərək yüksək səviyyədə görməliyik və görəcəyik”.

Keçidlər